Xəbərdarlıq: Leysan yağacaq, çaylarda sel və daşqın olacaq
Bakı, 31 avqust, AZƏRTAC
Sentyabrın 2-si gündüz şimal və qərb rayonlarından başlayaraq 4-ü səhərədək bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə, xüsusən də, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvanda, Mərkəzi Aran, Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur zonasında yağıntıların intensiv və güclü olacağı ehtimalı var.
Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir 20-25 metr/saniyəyədək güclənəcək.
Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Şinçay, Kürmükçay, Oğuz-Qəbələ bölgəsinin Göyçay, Girdimançay, Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay, Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Gorançay, Quruçay, Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 08.06.2026 [18:43]
Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub
- 08.06.2026 [18:33]
Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ
- 08.06.2026 [17:42]