Xəlil Akıncı: İlk Avropa Oyunları tarixə düşəcək önəmli hadisədir
Astana, 21 may, AZƏRTAC
Birinci Avropa Oyunları tarixə düşəcək önəmli hadisədir. Belə bir tədbirə ev sahibliyi edəcəyinə görə Azərbaycanı təbrik edirəm.
Bu fikirləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sabiq baş katibi, tanınmış diplomat Xəlil Akıncı deyib.
Xəlil Akıncı bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bir çox ilklərə imza atıb, böyük tədbirlərə ev sahibliyi edib. Məsələn “Eurovision” mahni müsabiqəsini misal göstərmək olar. İndi isə Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi edir. Bu böyük idman tədbiri Azərbaycanın dünyada tanınması baxımından çox faydalı olacaq. Azərbaycanın əldə etdiyi nailiyyətlər bütün türk dünyasının nailiyyətləridir”.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana