Xəzərdə nadir növdən olan balıqları ovlayan brakonyer saxlanılıb
Bakı, 13 fevral, AZƏRTAC
Ekoloji cinayətlərin qarşısının alınması və ekoloji təhlükəsizliyin təmini, habelə su bioresurslarının mühafizəsinə nəzarəti gücləndirmək məqsədilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir. Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri növbəti tədbir zamanı Xəzər dənizinin cənub hissəsində qanunsuz balıq ovu ilə məşğul olan N. Həbibzadə saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, baxış zamanı həmin şəxsdən 172 ədəd ovlanması qadağan edilən müxtəlif növ balıq və qanunsuz ov alətləri götürülüb.
Faktla bağlı araşdırma aparılır. Su polisləri tərəfindən müvafiq dövlət qurumları ilə birgə bu istiqamətdə nəzarət-profilaktik tədbirlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [17:42]
Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb
- 08.06.2026 [17:15]
“Heydər Əliyev məktəbi” layihəsi başa çatıb
- 08.06.2026 [17:13]
Assosiasiya sədri: Gələcəyin peşələri sürətlə dəyişir
- 08.06.2026 [16:54]
DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO
- 08.06.2026 [16:41]
Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb
- 08.06.2026 [16:37]