XİN: Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir
Bakı, 24 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir və bu mövqe bir daha Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşündə qəbul edilmiş Tbilisi Bəyannaməsində öz əksini tapıb.
AZƏRTAC xəbər verir ki, bu fikri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev tanınmamış Abxaziyanın Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ” ilə vizasız rejimə keçməsi barədə məsələni şərh edərkən bildirib.
H.Hacıyev deyib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qondarma rejim mövcuddur. Ölkəmizin ərazisində viza rəsmiləşdirilməsi qaydaları Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə tənzimlənir. Bundan başqa hər hansı özfəaliyyət qanundan kənardır. Azərbaycanın Xarici İşlər Nazirliyinin saytında səyahət xəbərdarlığı var. XİN Azərbaycan Respublikası vətəndaşlarını Gürcüstan mərkəzi hökumətinin nəzarətində olmayan ərazilərə sözügedən ölkənin müvafiq qurumlarının icazəsi olmadan səfər etməməyə çağırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]