Xocalı faciəsi qurbanlarının xatirəsi “Soyqırımı abidəsinin dastanı” tamaşası ilə yad ediləcəkdir
Bakı, 20 fevral (AZƏRTAC). Fevralın 26-da İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi Xocalı faciəsi qurbanlarının xatirəsini “Soyqırımı abidəsinin dastanı” tamaşası ilə yad edəcəkdir.
Teatrdan AZƏRTAC-a bildirmişlər ki, ermənilərin tarixən türklərə və azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı hadisələrindən bəhs edən tamaşada Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun bədii obrazı yaradılmışdır.
Səhnə əsərinin rejissoru İftixar Piriyev, müəllifi Zehni Papaqçıdır. Tamaşada, həmçinin İ.Piriyevin müəllifi olduğu şeirlər də səsləndiriləcəkdir.
Yaradıcı kollektiv Xocalı soyqırımının 20-ci ildönümü günündə, həmçinin Qarabağa həsr olunmuş “Əsgər anası” tamaşasının nümayişini də planlaşdırır. Ağarəhim Rəhimovun müəllifi olduğu səhnə əsərinə Bəhram Osmanov quruluş vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]