Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalı genosidinin qurbanlarının xatirələrinin anılması üçün Fransa Prezidentinə məktub ünvanlanacaq VİDEO

Paris, 26 fevral, AZƏRTAC

Xocalı faciəsi erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.

Bu faciəni, eləcə də Dağlıq Qarabağda ermənilərin törətdikləri vəhşilikləri və dəhşətləri dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların əsl soyqırımı aktı kimi tanınmasına nail olmaq qarşımızda duran ümdə vəzifədir. Bu məqsədlə 2009-cu ilin fevralında İslam Konfransı Təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası fəaliyyətə başlayıb və uğurla davam edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Parisin 4-cü rayonunda yerləşən Notre-Dame les Blancs-Manteaux kilsəsində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı keçirilən tədbirdə Fransadakı səfirimiz Rəhman Mustafayev deyib. O, “Xocalıya ədalət!” kampaniyası haqqında ətraflı məlumat verərək, bu kampaniya nəticəsində Xocalı soyqırımının bir çox ölkələrin parlamentləri, eləcə də beynəlxalq təşkilatlar tərəfindən tanındığını qeyd edib.

Bildirib ki, faciənin əsl beynəlxalq hüquqi və siyasi qiymətləndirilməsi, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılması bütövlükdə insanlığa qarşı yönəlmiş belə qəddar aktların gələcəkdə təkrarlanmaması üçün mühüm şərtdir.

“Demokratiyanın beşiyi deyilən Fransa, Xocalıda törədilən bu cinayətlərə etinasız qalmayacaq və bu cinayətlərə hüquqi və siyasi qiymət verəcək. Fürsətdən istifadə edərək, Xocalı genosidinin qurbanlarının xatirələrinin anılması üçün Prezidenti Emmanuel Makrona məktub ünvanlamaq təşəbbüslərinə görə bu ölkədə fəaliyyət göstərən Fransa-Azərbaycan Assosiasiyalarına təşəkkür edirəm”, - deyə səfir R.Mustafayev diqqətə çatdırıb. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının, eləcə də digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarları xatırladaraq qeyd edib ki, münaqişənin həlli həvalə edilmiş ATƏT-in Minsk qrupunun fəaliyyəti Azərbaycan xalqını məyus edib. Münaqişənin həlli istiqamətində Fransanın üzərinə xüsusi məsuliyyət düşdüyünü vurğulayaraq diqqətə çatdırıb ki, BMT Təhlükəsizlik Şurasının üzvü, böyük Avropa ölkəsi statusuna uyğun olaraq ondan obyektivlik, fəal səy göstərməsini gözləyirik. Paris suverenlik, sərhədlərin toxunulmazlığı, insan hüquqları prinsiplərini digər ölkələrə olduğu kimi Azərbaycana və onun vətəndaşlarına da tətbiq etməlidir.

İnsan hüquqları sahəsində debatlarda avanqard olan Fransa unutmamalıdır ki, Xocalıda qətlə yetirilmiş, işgəncə verilmiş insanların da sakit həyat, təhlükəsizlik, xoşbəxtlik kimi hüquqları var idi. Təəssüf olsun ki, bu gün Xocalı qurbanlarının həmin hüquqlarını təmin etmək mümkün deyil. Yeganə edə biləcəyimiz bu insanların xatirəsini ehtiramla yad etməkdir.

Fransadakı səfirliyimizin və UNESCO yanında daimi nümayəndəliyimizin Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı birgə təşkil etdiyi tədbirdə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (DK) İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov və Fransada yaşayan, Xocalının Kosalar kəndində anadan olmuş və 14 yaşında doğma yurdundan didərgin düşmüş Mirzəyev Şahsuvar çıxış edərək Xocalı soyqırımı zamanı erməni silahlı qüvvələrinin dinc sakinlərə qarşı törətdiyi cinayətlərdən söz açıblar.

E.Səmədov Dövlət Komissiyasının fəaliyyəti haqqında məlumat verərək, onun əsas vəzifəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ağrılı humanitar problem olan əsir-girovların azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı olduğunu deyib. O bildirib ki, Azərbaycan tarixən çoxsaylı xalqların və dini konfessiyaların nümayəndələrinin tolerant mühitdə yaşadığı unikal ölkədir. Bu gün də ölkəmizdə tarixi və humanist ənənələr qorunur və bütün xalqlara və konfessiyara bərabər yaşayış mühiti formalaşıb. Etnik qruplara və milli azlıqlara hörmət və birgəyaşayış mühiti Azərbaycan Respublikasının və ölkə rəhbərliyinin siyasi kursunun mühüm istiqamətlərindəndir və daim diqqət mərkəzindədir.

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı erməni hərbçiləri və terrorçu-quldur dəstələri ölkəmizdə yaşayan etnik icmaların üzvlərinə də işgəncə veriblər.

Azərbaycan xalqı olaraq biz inanırıq ki, dünyada ikili standartlara son qoyulacaq və Xocalıda törədilmiş cinayət əməli beynəlxalq ictimaiyyət tərəfindən düzgün hüquqi qiymətini alacaq. Bu baxımdan bu gün bizim tədbir üçün Fransanı seçməyimiz də təsadüfi deyil. Ümid edirik ki, tarixi humanitar ənənələrə malik Fransa ictimaiyyəti Xocalıda törədilmiş soyqırımına biganə qalmayacaq, həmişə olduğu kimi ədalətin yanında olacaq”,-deyə E.Səmədov deyib.

Əslən Xocalının Kosalar kəndindən olan və indi Fransada yaşayan Şahsuvar Mirzəyev 14 yaşında ailəsi ilə birlikdə müdhiş fevral gecəsində yaşadıqlarından, erməni silahlı qüvvələrinin kəndlərinə hücumundan söz açıb. Yaşadığı, şahidi olduğu dəhşətli anları nəql edib. “Şahidi olduğum hadisələri danışmaqda heç kimə qarşı nifrət və qisas hissim yoxdur. Danışdıqlarım minlərlə digər şahidliklərdən biridir. Ancaq qəlbimin dərinliyində bu faciə ilə bağlı ədalətsizliyi hiss edirəm. Öz ölkəmdə müharibənin məcburi köçkünüyəm, qırğınlar və vəhşiliklər yaşamışam. Nəyimiz var idi hamısını itirdik: evimiz, torpağımız, hər şeyi. Axı niyə? Bu qətliamı törədənlər məsuliyyətə cəlb olunmalı, mülki və həssas kateqoriyadan olan insanlara qarşı törətdikləri cinayətə görə məhkum edilməlidirlər. Bir mesaj səsləndirmək istərdim: sülh mesajı. Belə bir qırğının bir daha təkrarlanmaması üçün hamımız birləşməliyik. Keçmişimizi unutmadan, bu günümüzü qoruyaq və gələcəyimizi quraq, qoy o, gözəl olsun”,- deyə Ş.Mirzəyev bildirib.

Anım tədbirinin sonunda Timur Abdikeyev, Vurğun Vəkilov (piano) və Ağarəhim Quliyev (fleyta) “Laçın”, “Sarı gəlin” Xalq mahnılarımızı, eləcə də Fikrət Əmirov, Arif Məlikov, Tofik Quliyev, Sergey Rahmaninov, Andre Kaple, Qara Qarayev, Fərhad Bədəlbəylinin əsərlərini ifa ediblər.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Xocalı genosidinin qurbanlarının xatirələrinin anılması üçün Fransa Prezidentinə məktub ünvanlanacaq VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Qazaxıstanda Xəzəryanı ölkələrin elmi potensialının birləşdirilməsi müzakirə olunub

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi

Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş şəxsə qarşı sanksiya tətbiq edib

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

Dövlət orqanlarında 9 vakant inzibati vəzifə üzrə daxili müsahibə elan olunub

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin əsasını qoya bilər - ŞƏRH

Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb

Qalib Liderin Vaşinqton missiyası: regional təhlükəsizliyin və TRIPP layihəsinin gələcəyi ŞƏRH

DVX: Vergi bəyannamələri və onlayn kassalarla bağlı texniki çətinliklər qısa müddətdə həll olunacaq

Fransada növbəti prezident seçkisində iştirak edəcək namizədlərə çağırış olunub

Prezident İlham Əliyevin həyata keçirdiyi strateji nəqliyyat siyasəti Orta Dəhlizin qlobal əhəmiyyətini daha da artırıb - ŞƏRH

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO

Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB VİDEO

Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB VİDEO

Nazir Rəşad Nəbiyev Zəngilanda vətəndaşlarla görüşüb

İngiltərənin Tetford şəhərində miqrasiya əleyhinə etirazlar davam edir

Geosiyasi baxımdan "Yaşıl Enerji Kabeli" layihəsi Cənubi Qafqazın qlobal əhəmiyyətini əhəmiyyətli dərəcədə artırır - RƏY

Azərbaycan parlament diplomatiyası beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verir

Şimali Kipr Prezidenti: Nikosiya BMT Baş katibinin adanı minalardan təmizləmək təklifini rədd edib

Mütəxəssis: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub

“Meta” şirkəti uşaqların təhlükəsizliyinə dair iş üzrə yenidən cərimələnib

Fransada sosialistlər arasında narazılıq yaranıb, partiya rəhbərliyinin qarşısında şərt qoyulub