Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalı qırğınını törədən hərbi cinayətkarlar mütləq beynəlxalq məhkəmə qarşısında durmalıdırlar

Xocalı qırğınını törədən hərbi cinayətkarlar mütləq beynəlxalq məhkəmə qarşısında durmalıdırlar Bakı, 11 noyabr, AZƏRTAC

Avropa Məhkəməsinin Cənubi Qafqaz ölkələri ilə bağlı qərarlarının bəzən qərəzli xarakter daşımasına baxmayaraq, elə vəziyyət yaranıb ki, hətta Avropa hakimləri də daha Ermənistanda Serj Sarkisyanın başçılığı ilə cinayətkar Qarabağ klanının hərəkətlərini soyuqqanlı və etinasızlıqla müşahidə edə bilmir.

Bu fikri beynəlxalq münasibətlər sahəsində israilli ekspert Arye Qut Avropa İnsan Haqları Məhkəməsinin Ermənistan vətəndaşlarının Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunun ərazisində qanunsuz hərbi xidmət keçməsi barədə Ermənistan hökumətinə növbəti müraciətini şərh edərkən səsləndirib.

Ermənistan KİV-lərinin yazdığına görə, bu məsələ qeyri-döyüş şəraitində həlak olan əsgərlərin doğmaları tərəfindən Avropa İnsan Haqları Məhkəməsi vasitəsilə dəfələrlə Ermənistan hökuməti qarşısında qaldırılıb. Böhranların Aradan qaldırılması üzrə Beynəlxalq Qrup qeyri-hökumət təşkilatının hesablamalarına görə, Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistanın hərbi iştirakını bu ölkənin 10 min vətəndaşı təmin edir. Belə bir məlumat da böyük əhəmiyyət kəsb edir ki, Ermənistandan olan çağırışçıların və kontrakt əsasında xidmət edən əsgərlərin çoxu işğal edilmiş ərazilərə Ermənistan tərəfinin iddia etdiyi kimi, könüllü şəkildə deyil, müddətli hərbi xidmət keçməyin ümumi əsaslarına əsasən məcburi qaydada göndərilir. İsrailli politoloqun fikrincə, Avropa Məhkəməsinin bu məsələdə bilavasitə iştirakı ona dəlalət edir ki, Avropa İttifaqı Ermənistan rəhbərliyinin beynəlxalq hüquq normalarını pozan sərsəm və tamamilə qanunazidd fəaliyyətini pisləyir.

Bununla bərabər, Ermənistan KİV-ləri qeyd edirlər ki, Yerevanın rəsmi hakimiyyət orqanları özlərinə bəraət qazandırmaq üçün guya Ermənistanın 1994-cü ildə separatçı rejim ilə imzaladığı hansısa mövcud olmayan sənədə istinad edirlər. Politoloq deyib: “Tamamilə aydındır ki, bu, Azərbaycana qarşı təcavüzkar və işğalçı fəaliyyətinə növbəti dəfə bəraət qazandırmaq istəyən erməni separatçılarının yeni yalanı və sayıqlamasıdır. Biz işğal edilmiş Dağlıq Qarabağı Avrasiya strukturlarına çəkib gətirməyə cəhd edən Sarkisyan rejiminin diplomatik iflasını yaxşı xatırlayırıq. Amma Qazaxıstandan sərt cavab alan Ermənistan Dağlıq Qarabağın separatçı terrorçu rejimi ilə həmrəylik nümayiş etdirmək qərarına gəlib. Aydın məsələdir ki, indiki Ermənistanın rəhbərliyi atəşkəs zamanı yaranan əvvəlki status-kvonu nəyin bahasına olursa-olsun saxlamağa çalışır. Amma regionda son hadisələr bir daha sübut edir ki, rəsmi Bakı regionda mövcud olan status-kvo ilə heç vaxt razılaşmayacaq. Ermənistan başa düşməlidir ki, Azərbaycanın səbir kasası dolub və beynəlxalq hüquq normalarına görə Bakının nəinki özünü müdafiə etmək, həm də Ermənistan tərəfindən işğal olunan Azərbaycan ərazilərini azad etmək hüququ var”.

Arye Qut eyni zamanda birmənalı şəkildə göstərib ki, Ermənistan Respublikası əsgərlərinin göndərilməsi və Azərbaycanın işğal edilmiş torpaqlarında qanunsuz hərbi xidmət zamanı erməni əsgərlərin döyülməsi faktları təkcə beynəlxalq-hüquq normalarını pozmur, həm də Ermənistan rəhbərliyinin təkcə Azərbaycana qarşı deyil, həm də öz xalqına qarşı yönələn dövlət terrorizminin davamıdır. Erməni xalqı, əslində, onu unudan və öz şəxsi hakimiyyətini və oliqarxiyasını möhkəmləndirmək ilə məşğul olan Sarkisyan rejiminin sərsəm hərəkətlərindən təngə gəlib. A.Qurt bildirib: “Bu gün artıq sirr deyil ki, Sarkisyan rejimi öz ölkəsini bütünlüklə soyub-talamaq hesabına varlanır. Nəticədə Ermənistan Respublikası və erməni xalqı milli fəlakətə sürüklənib. Azərbaycan torpaqlarını işğal etməsi səbəbindən Cənubi Qafqaz regionunda təcrid olunan Ermənistan Xəzər dənizinin neft-qaz ehtiyatları ilə bağlı əsas geosiyasi və geoiqtisadi layihələrdən, demək olar, kənarda qalıb. Danılmaz faktdır ki, bu gün Ermənistan Cənubi Qafqazın ən asılı ölkəsidir. Son vaxtlar biz sosial-iqtisadi uğursuzluğu və rəhbərliyin siyasətinin tam iflasa uğramasını müşahidə edirik. Nəticədə Ermənistanın hakimiyyət orqanları tərəfindən ölkədə “ağ soyqırımı” həyata keçirilir. Ermənistanın “Nusisapail Network” nəşrinin yazdığına görə, bu ölkənin əhalisi sürətlə azalır, mühacirət ildən-ilə daha fəlakətli miqyas alır, əhali kütləvi şəkildə ölkəni tərk edir. Rəsmi statistik məlumatlar da ürəkaçan deyil. Həmin məlumatlara görə, Ermənistanda mühacirətin göstəricisi dünyada ən yüksək göstəricilərdən biridir. Hər il daimi əhalinin 1-1,5 faizi ölkəni tərk edir. Demoqrafiyanın mənfi saldosu bundan sonra da davam edib, hər min nəfərə “mənfi 1,3” həddində olacaq və artıq 2020-ci il üçün Ermənistanda ölüm halları əhalinin mənfi artımı ilə birlikdə doğumu üstələyəcək. Demoqrafiya və mühacirət amilləri ilə bərabər, biz müxalifət və hakim elita arasında ciddi qarşıdurma müşahidə edirik. Sarkisyanın son hərəkətləri bir daha sübut edir ki, o, Ermənistanın siyasi həyatının ön səhnəsinə təsadüfən çıxan tamamilə məsuliyyətsiz və uzağı görməyən siyasətçidir. O, bütün çıxışları və hərəkətləri ilə Ermənistanın təcavüzkar və işğalçı siyasətinə bəraət qazandırmağa çalışır. Əslində isə özünün siyasi mədəniyyət səviyyəsini bir daha ortaya qoyur. Sarkisyanın bu hərəkətləri Ermənistan rəhbərliyinin sağlam təfəkkürünü və idrakını o dərəcədə dumanlandırıb ki, o, hətta Avropanın ciddi hüquq strukturlarının tələblərinə də məhəl qoymur”.

İsrailli analitik Ermənistan Silahlı Qüvvələrinin generalı Manvel Qriqoryanın müharibə illərində Qarabağda yetkinlik yaşına çatmayan azərbaycanlını uzun illər faktiki olaraq kölə kimi saxlamasını etiraf etməsi faktını şərh edərək bildirib ki, Ermənistanın Azərbaycan əhalisinə qarşı törətdiyi cinayətlər, o cümlədən general Qriqoryanla bağlı fakt üzrə hərbi tribunal yaratmaq lazımdır. O deyib: “Xatırlatmaq yerinə düşər ki, general Qriqoryan Ermənistan Prezidenti Serj Sarkisyanın dostudur. Atalar məsəlində əbəs yerə deyilmir ki, “Mənə dostunu göstər, deyim sən kimsən”.

Mən Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən “Justice for Khojaly” beynəlxalq kampaniyası çərçivəsində tez-tez İsrail cəmiyyəti qarşısında, eləcə də beynəlxalq forumlarda çıxış edərək dəfələrlə təkrar etmişəm və yenə də təkrar edirəm ki, bu gün Ermənistanda yüksək vəzifə tutan insanlar - Seyran Oqanyan, Serj Sarkisyan, habelə Robert Koçaryan və başqaları Xocalı soyqırımının günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Ermənistanın indiki prezidenti Sarkisyanın bir səmimi etirafını xatırlamaq yetərlidir. Onun sözlərinə görə, “biz ermənilərin mülki əhalini məhv etməyə qadir olmaması haqqında stereotipi məhz Xocalıda qırdıq”. Yaxud Z.Balayanın etirafını götürək. O, 1996-cı ildə nəşr olunan “Ruhumuzun canlanması” əsərində Xocalı soyqırımına haqq qazandırır. Terrorçu Balayan Xocalıda ermənilərin dinc azərbaycanlılara qarşı törətdikləri soyqırımı, təhqir və həqarətləri öz kitabında fəxrlə sadalayır. Bu cinayətkar və azğın şovinist utanıb-qızarmadan bəyan edir ki, ermənilərin Xocalıda törətdikləri ilə hər bir erməni qürur duymalıdır. Bu faktlar təsdiq edir ki, Xocalı şəhərinin mülki əhalisinin qəsdən məhv edilməsi onları yalnız azərbaycanlı olduqlarına görə kütləvi şəkildə qırmaq məqsədi daşıyıb. Beynəlxalq məhkəmə qarşısında məhz bu insanlar - Xocalıda əmr verənlər durmalıdırlar.

Bu gün sirr deyil ki, Azərbaycanın xüsusi xidmət orqanlarının məlumatlarına görə, 4928 nəfər, o cümlədən 56 uşaq, 327 qadın, 364 qoca hazırda itkin düşmüş sayılır. A.Qutun fikrincə, bu insanların əsir götürülməsi faktını Ermənistan tərəfinin tamamilə inkar etməsinə baxmayaraq, Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri bu siyahıda olanların bəzilərinə əsirlikdə baş çəkiblər. A.Qut deyib: “Onların erməni əsirliyində saxlanması faktı beynəlxalq hüquq müdafiəçiləri qrupu tərəfindən təsdiqlənib. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin məlumatına görə, bu insanların bir qismi erməni əsirliyində xəstəliklərdən vəfat edib, bir qismi qətlə yetirilib, bəzilərindən isə hələ də ən ağır işlərdə kölə kimi istifadə edirlər. Ermənistanda və işğal edilmiş ərazilərdə azərbaycanlı əsir və girovlar ilə amansız rəftar edilməsini, onların qətlə yetirilməsini, işgəncələrə məruz qalmasını, şikəst edilməsini təsdiq edən çoxsaylı məlumat və ifadələr var. Azərbaycanın Xocalı şəhərində qanlı qırğına görə tam məsuliyyəti Ermənistanın indiki Qarabağ klanı daşıyır. Bu heyvərə erməni hərbçisi və Ermənistan dövlətinin başçısının şəxsi dostu isə o qədər həyasızlaşıb ki, hətta XXI əsrdə azərbaycanlı uşağı kölə saxladığını etiraf etməkdən çəkinmir. Bu vəhşilərin nə vicdanı, nə də mərhəmət hissi var. Məhz buna görə də bu gün Ermənistan Respublikasında hakimiyyətdə olan bütün terrorçular və hərbi cinayətkarlar mütləq beynəlxalq ədalət məhkəməsi qarşısında durmalıdırlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik