Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır
Bakı, 23 fevral (AZƏRTAC). Fevralın 23-də Beynəlxalq Mədəniyyət Mərkəzində “Xocalıya ədalət!” kampaniyası çərçivəsində “Aşıq Şəmşir” Mədəniyyət Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları Xocalı şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Faciəni əks etdirən film nümayiş olunmuşdur.
Birliyin mətbuat xidmətinin rəhbəri Həbib Misirov Xocalı faciəsinə ilk dəfə siyasi-hüquqi qiymətin xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən verildiyini bildirmişdir.
Çixiş edənlər ermənilərin Xocalıda törətdikləri soyqırımı ilə bağlı həqiqətlərin dünya miqyasında təbliğində Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun xidmətlərindən danışmışlar.
Tədbirdə Kəlbəcərdən məcburi köckünlərin təhsil aldıqları 26 və 29 nömrəli məktəblərin şagirdləri “Qisas qiyamətə qalmaz, Xocalı!” mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər.
Birliyin vəsaiti ilə Xocalı soyqırımı haqqında üç dildə nəşr olunmuş məlumat kitabçaları məktəblilərə və tədbir iştirakçılarına paylanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]