QAN YADDAŞI
Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Milli Məclisin xüsusi iclası keçiriləcəkdir
Bakı, 19 fevral (AZƏRTAC). Fevralın 24-də Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Milli Məclisin xüsusi iclası keçiriləcəkdir.
Milli Məclisdən AZƏRTAC-a bildirmişlər ki, iclasda Xocalı soyqırımının dünyada tanınması ilə bağlı müzakirələr aparılacaq, həmçinin sənəd və qərarlar qəbul ediləcəkdir.
Xocalı soyqırımı ilə bağlı Milli Məclisin əməkdaşlarının hazırladıqları qısametrajlı sənədli film də nümayiş etdiriləcəkdir.
Bundan başqa, parlamentin foyesində Xocalı faciəsini əks etdirən foto və sənədlərdən ibarət sərgi təşkil olunacaqdır.