Xocalı soyqırımının iyirminci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir
Tovuz, 20 fevral (AZƏRTAC). Tovuz rayonunun təhsil müəssisələrində XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımının iyirminci ildönümünü qeyd etmək üçün geniş tədbirlər planı hazırlanmışdır.
Rayon təhsil şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, tədbirlər planına əsasən, ümumtəhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş rəsm sərgiləri təşkil olunmuşdur. Rayonun təhsil ocaqlarında soyqırımı ilə bağlı bədii gecələr keçirilir, sənədli və bədii filmlər nümayiş etdirilir.
Bundan əlavə, fevralın 24-də ümumtəhsil, məktəbəqədər və məktəbdənkənar müəssisələrdə ilk dərs saatı Xocalı soyqırımına həsr olunacaq, şagirdlər arasında “Uşaq və müharibə” mövzusunda rəsm müsabiqəsi keçiriləcəkdir. Fevralın 26-da isə ümumtəhsil məktəblərində Xocalı soyqırımına həsr olunmuş matəm mitinqləri, xatirə gecələri, soyqırımının şahidi olan insanlarla görüşlər keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]