Xocavənd rayonu üzrə arpa biçini başa çatıb
Xocavənd, 16 iyun, AZƏRTAC
Xocavənd rayonu üzrə taxıl biçininin qızğın vaxtıdır. Bütün qüvvələr bu strateji məhsulun itkisiz və optimal müddətdə yığılmasına yönəldilib.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, rayon üzrə bu il 8623 hektar sahədə taxıl bitkiləri becərilib. Taxıl əkinlərinin 7974 hektar buğda, 649 hektar arpadır. Taxıl biçininə ilk olaraq təmas xəttinə yaxın ərazilərdən başlanılıb. Artıq arpa zəmilərində biçin başa çatdırılıb, hər hektardan 19 sentner olmaqla, 1233,1 ton məhsul əldə edilib. Bu günədək buğda zəmilərinin də 1280 hektarında biçin aparılıb, 2304 ton məhsul istehsal olunub.
Qeyd edək ki, Xocavəndin erməni işğalı altında olmayan torpaq sahələri dəmyə şəraitində becərilir. Rayon üzrə ötən ilin payızında səpilmiş 8400 hektar taxıl sahəsindən 17 min 522,5 ton buğda, 582,5 ton arpa əldə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]