Xoreoqrafiya sənəti ixtisası üzrə builki keçid balları açıqlanıb
Bakı, 18 iyun, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi tərəfindən 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu barədə elan edildiyi 2020-ci il “Abituriyent” jurnalının 2-ci nömrəsində xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtləri elan olunub. Belə ki, 2020/2021-ci tədris ilində Bakı Xoreoqrafiya Akademiyasının xoreoqrafiya sənəti (sahələr üzrə) ixtisası üzrə bakalavriat səviyyəsinə qəbul olmaq istəyən abituriyentlər V qrup üzrə keçiriləcək buraxılış imtahanından minimal 30, qabiliyyət imtahanından isə cəmi 6 bal toplamalıdır. Bu barədə AZƏRTAC-a Akademiyadan məlumat verilib.
Bildirilib ki, 2020/2021-ci tədris ili üçün Bakı Xoreoqrafiya Akademiyasının bakalavriat səviyyəsinə xoreoqrafiya sənəti (sahələr üzrə) ixtisası ilə yanaşı, instrumental ifaçılıq (sahələr üzrə) və sənətşünaslıq ixtisasları üzrə də qəbul həyata keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [13:07]
İşçi hüquqları və layiqli əmək şəraiti - GDU-da görüş
- 08.10.2026 [12:44]
Qərbi Azərbaycanda tarixi abidələrimiz -Şadıvəng
Beynəlxalq səyyahlar Şuşada
- [13:30]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]