Xorvatiya millisinin futbolçusu Luka Modriç yığmada tarixi uğura imza atıb
Bakı, 26 sentyabr, AZƏRTAC
Xorvatiya millisinin və “Real”ın futbolçusu Luka Modriç yığmada tarixi uğura imza atıb.
AZƏRTAC xəbər verir ki, o, buna UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunda Avstriya ilə görüşdə (3:1) fərqlənməklə nail olub. L.Modriç qarşılaşmanın 6-cı dəqiqəsində hesabı açıb. Nəticədə 37 yaş 16 günlüyündə olan yarımmüdafiəçi Xorvatiya yığmasının tarixində qol vurmağı bacaran ən yaşlı futbolçu adını qazanıb. Bundan əvvəlki rekord Niko Kovaça məxsus idi - 36 yaş 327 gün.
Qeyd edək ki, Modriç 2006-cı ildən Xorvatiya millisinin üzvüdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda oynaya bilər
- 02.10.2026 [15:18]
Xankəndidə Futbol Akademiyası yaradılacaq
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]