RƏSMİ XRONİKA
XORVATİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB STEPAN MESİÇƏ
Hörmətli cənab Prezident,
Xorvatiyanın milli bayramı - Dövlətin elan edilməsi günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, dost ölkələrimiz arasında münasibətlərin, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın hərtərəfli inkişafı üçün birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 6 iyun 2007-ci il.