Xorvatiya və Polşa Ukraynaya qoşun göndərməyi istisna edir
Bakı, 16 aprel, AZƏRTAC
Xorvatiya və Polşa Ukraynaya qoşun göndərməyəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Xorvatiya Prezidenti Zoran Milanoviç polşalı həmkarı Andjey Duda ilə görüşdən sonra jurnalistlərə bildirib.
“Polşa da Xorvatiya kimi bu məsələdə iştirak etmək istəmir”, - deyən Milanoviç vurğulayıb ki, bu cür müzakirələr tabu sayılmasa da, onlara ehtiyatla yanaşmaq lazımdır. Onun sözlərinə görə, Avropa ABŞ-dan daha böyük müstəqilliyə nail olmalıdır. “Bizə xarici siyasətdə muxtariyyət və mümkün olan yerlərdə daha çox həmrəylik lazımdır”, - deyə Xorvatiya Prezidenti bildirib.
Zoran Milanoviç xorvat hərbçilərinin Ukraynaya göndərilməsi əleyhinə dəfələrlə çıxış edib. O, ABŞ və NATO-nu Ukrayna vasitəsilə Rusiyaya qarşı proksi-müharibə aparmaqda ittiham edib və Qərbin Moskvaya qarşı sanksiyalarını “absurd” və “faydasız” adlandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [23:44]
İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib
- 29.09.2026 [22:08]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]