Xorvatiyada koronavirusa yoluxanların sayı yenidən artır
Zaqreb, 29 avqust, AZƏRTAC
Xorvatiyada koronavirusa yoluxanlar arasında yenidən artım müşahidə olunur.
AZƏRTAC ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son 24 saat ərzində 312 nəfər virusa yoluxub. Ümumi yoluxanların sayı 9861-ə çatıb. Ölənlərin sayı 183, sağalanlarınkı isə 7024 nəfərdir. Artımla əlaqədar hökumət yeni profilaktik tədbirlər həyata keçirilməsini müzakirə edir, ölkə vətəndaşlarını sanitar normalara riayət etməyə çağırır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Zaqreb
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [16:38]
Səudiyyə Ərəbistanı və Misir dəniz nəqliyyatı üzrə əməkdaşlığı gücləndirir
- 24.09.2026 [16:08]
Moskvada bir neçə ali məktəbdə tələbələr təxliyə edilib
- 24.09.2026 [15:42]
Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır
- 24.09.2026 [14:44]