Azərbaycan Dövlət İnformasiya Agentliyi

“XXI əsrin müharibəsi”nin qəhrəmanlarının xatirəsi dərin ehtiramla anılıb YENİLƏNİB

Bakı, 27 sentyabr, Göyçək Mahmudlu, AZƏRTAC

Beş il əvvəl bu gün Azərbaycan xalqı səhəri Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun bütün cəbhəboyu əks-hücum, yəni “Dəmir yumruq” əməliyyatına başlaması xəbəri ilə açdı.

Dünya hərb elmində “XXI əsrin müharibəsi” adlandırılan Vətən müharibəsinin ilk günündən son gününə kimi cəbhədən yalnız xoş soraqlar duyuldu.

Çətin relyef şəraitinə, düşmənin onilliklərlə qurduğu mürəkkəb istehkamlara baxmayaraq, əsl peşəkarlıq, məharət, yenilməz əzm nümayiş etdirən Azərbaycan Ordusu 44 gün ərzində xalqımıza 30 ildir gözlənilən Zəfər sevincini yaşatdı.

Bu yolda canından, qanından keçən, ölümün gözünə dik baxan qəhrəmanlarımız Azərbaycan əsgərinin, zabitinin Vətən uğrunda hər cür fədakarlığa istənilən şəraitdə hazır olduğunu bütün dünyaya sübut etdilər.

Azərbaycan xalqı şanlı Vətən müharibəsində 2900-dan çox övladını qurban verdi. Müqəddəs amal uğrunda canından keçən şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.

AZƏRTAC xəbər verir ki, sentyabrın 27-də – Anım Günündə minlərlə insanın şəhidlərin uyuduğu müqəddəs məkanlara axını müşahidə olunub. Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşlərdə canlarından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anıblar.

Zəfərin baş qəhrəmanlarının ruhlarına dualar oxunub, onlara bir daha minnətdarlıq ifadə olunub.

AZƏRTAC-ın müxbirləri Hərbi Memorial Məzarlıqda şəhidlərimizin ailə üzvləri və qazilərimizlə həmsöhbət olublar.

Sənan Böyük Qələbəyə çox inanırdı...

Vətən müharibəsi şəhidi Sənan Abdullayevin atası Şahin Abdullayev 27 sentyabrın hər kəs üçün çox önəmli günlərdən, tariximizin şanlı səhifələrindən biri olduğunu söyləyib. O, şəhid övladının Vətən müharibəsində iştirakından da bəhs edib: “Sənan həqiqi hərbi xidmət keçib müəyyən bacarıqlara yiyələndikdən sonra ərazi bütövlüyümüz uğrunda döyüşəcəyi günü səbirsizliklə gözləyirdi. O, müharibə başlayandan sonra hər saat hərbi komissarlığa zəng vurur, nə zaman döyüşə aparılacağını soruşurdu. Hətta hərbi komissarlıqdan mənə zəng edib dedilər ki, “oğlun bizi bezdirib, tez-tez yığıb məni də aparın deyir, işləməyə qoymur”. O, arzusuna çatdı, 2020-ci il oktyabrın 1-dən Füzuli istiqamətindən döyüşlərə qoşuldu. Oktyabrın 5-də elə Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. Sonuncu dəfə oktyabrın 4-də mənimlə danışdı. Sanki halallaşırdı. Böyük Qələbəyə çox inanırdı. Təəssüf ki, özü görə bilməsə də, döyüş yoldaşları, ordumuzun əsgər və zabitləri onun bu arzusunu reallaşdırdılar...

Oktyabrın 5-də isə son döyüşünə girən vaxt qardaşı ilə danışaraq bizi ona tapşırıb. Hərbi komissar 6 aydan sonra bizə gəldi. Dedi ki, Sənan döyüşlərə aparılan gün onlara geri qaytarılma əmri gəlmişdi. Sənan çox məyus olmuşdu. Bir neçə dəqiqədən sonra cəbhə bölgəsinə yollanacağı barədə xəbər alanda elə sevindi ki, sanki qanad açıb uçacaqdı. Sənan çox imanlı övlad idi, güllə-boran arasında namazını da axsatmadı. Son döyüşdən əvvəl də namazını qılmaq nəsib oldu. Hazırda onun uyuduğu yer bizim üçün cənnətdir”.

Qeyd edək ki, Vətən müharibəsi şəhidi Sənan Abdullayevin nəşi 2020-cil noyabrın 1-də tapılıb. Noyabrın 20-də Hərbi Memorial Məzarlıqda (İkinci Şəhidlər xiyabanı) dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamlarına əsasən Sənan Abdullayev ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

On bir il, üç vacib döyüş və tamamlanan missiya

On bir il Vətənə xidmət edən, bu illər ərzində üç vacib döyüşün - Aprel döyüşləri, Vətən müharibəsi və antiterror tədbirlərinin iştirakçısı olan kiçik çavuş Sünail Əlizadə 44 gün ərzində xalqın dəstəyini hiss etdiklərini və bundan güc aldıqlarını deyib: “Müharibə dövründə Quru Qoşunlarında xidmət edirdim. Vətən müharibəsində Füzulidən Şuşaya qədər döyüşdüm. Üçtəpə deyilən ərazidən döyüşlərə başladım. Sonra Füzuli, daha sonra Cəbrayılın Cocuq Mərcanlı kəndi istiqamətindən əməliyyatları davam etdirdik. Orada düşmənin 41-ci alayını hədəf götürmüşdük. Gözümüzə heç nə görünmürdü. “Mərmini doldur-boşalt prinsipi” ilə irəliləyirdik. Yadımdadır, Qubadlıda mühasirəyə düşmüşdük, inanmırdıq ki, sağ qalaq. Çünki düşmənin tam hədəfində idik. Buna baxmayaraq, mühasirəni yarıb keçdik və Laçına giriş etdik. Laçın istiqamətində minaatan mərmisinin dalğasına düşərək yaralansam da döyüşlərdən çıxmadım. 44 günlük müharibədən sonra hospitala yerləşdirildim, ağır əməliyyatlar keçirdim. Aldığım travmaya görə iki il ehtiyatda oldum. Müalicələrdən sonra yenidən ordu sıralarına qayıtdım. Bu dəfə isə antiterror tədbirlərində Xankəndi istiqamətində döyüşdüm. 24 saat tamam olmadan biz Qələbə qazandıq. 44 günlük döyüşdəki Qələbəni antiterror əməliyyatındakı Zəfərlə tamamladıq. Bu gün Azərbaycan xalqı öz şəhidlərini ehtiramla yad edir. Biz bu gün torpaqlarımızın bütövlüyünü, o ərazilərə qədəm qoymağımızı qəhrəman qardaşlarımıza - şəhidlərimizə, qazilərimizə, veteranlarımıza borcluyuq”.

2020-ci ildə ən ağır döyüşlərimiz Füzuli istiqamətində oldu

Vətən müharibəsinin könüllü iştirakçısı, müharibə əlili Məhəmməd Cəfərzadənin sözlərinə görə, üzbəüz döyüşə cəsarət etməyən Ermənistan silahlı qüvvələri minaatan mərmiləri, minalarla hərbi qulluqçularımızın gözlərini qorxutmağa çalışsalar da, Azərbaycan Ordusunun qarşısını ala bilmədilər: “İxtisasca həkiməm, sanitar-təlimatçıyam. 44 günlük Vətən müharibəsində Füzuli, Cəbrayıl rayonları, Xocavəndin Hadrut qəsəbəsi istiqamətində xüsusi döyüş əməliyyatlarında iştirak etdim. Yaralı tibbi təxliyə bölməsinin tərkibində idim. Bizim 2020-ci ildə ən ağır döyüşlərimiz Füzuli istiqamətində oldu. Elə özüm də həmin rayon uğrunda döyüşlərdə yaralandım. Belə ki, 5 il əvvəl oktyabrın 14-də yaxınlığıma düşən minaatan mərmisinin partlaması nəticəsində ağır zədə aldım. Gözümü açanda Füzulidə hospitalda idim. Hərdən düşünürəm ki, mənim döyüşə gedib ağır yaradan sağ qalmağım yuxuya bənzəyir. Çünki hər qarış uğrunda qızğın mübarizə gedirdi. Çox şükür ki, haqq-ədalət yerini tapdı və biz qalib gəldik. Bu yolda qəhrəman qardaşlarımız canlarını fəda etdilər. Allah şəhidlərimizə rəhmət eləsin. Onların ruhları qarşısında baş əyirik”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

YAP-ın Sədri: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir

Hikmət Hacıyev: Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də

Qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

“TEXNOFEST” yenilikləri: KAAN beşinci nəsil təyyarəsi və ANKA III zərbə dronu

Zəngilan filizindən molibdenin ayrılması üçün yeni metodlar sınaqdan keçirilir

Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq

Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub - EKSKLÜZİV

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Yasamal və Qaradağın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib

Hörmüz boğazında üç BƏƏ tankeri hücuma məruz qalıb

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO