Yanvar-avqust aylarında ixrac edilən qeyri-neft məhsulları siyahısında pambıq mahlıcı birinci olub
Bakı, 30 sentyabr, AZƏRTAC
Yanvar-avqust aylarında ixrac edilən qeyri-neft məhsulları siyahısında pambıq mahlıcı birinci olub.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın sentyabr sayına istinadla bildirir ki, cari ilin yanvar-avqust ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (143,8 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl ikinci (140,1 milyon ABŞ dolları), pomidor (tomat) isə üçüncü (128,2 milyon ABŞ dolları) yerdə qərarlaşıb.
2021-ci ilin avqust ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında polimerləşmədə ilkin formalı maddələr (27,8 milyon ABŞ dolları) birinci, qızıl (23,4 milyon ABŞ dolları) ikinci və karbamid (11 milyon ABŞ dolları) üçüncü olub.