YANVAR AYINDA 9 MİLYON TON YÜK DAŞINMIŞDIR
2004-cü ilin yanvar ayında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr (hüquqi şəxslər) və avtomobil nəqliyyatı sahəsində çalışan fiziki şəxslər tərəfindən 9 milyon ton yük daşınmışdır.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu, 2003-cü ilin müvafiq ayına nisbətən 8,5 faiz çoxdur. Daşınmış yüklərin 54,4 faizi avtomobil, 16,3 faizi boru kəməri, 17,4 faizi dəmir yolu, 11,9 faizi dəniz nəqliyyatı vasitəsilə həyata keçirilmişdir.