Yanvar-noyabr aylarında 1 milyon tondan çox avtomobil benzini istehsal olunub
Bakı, 16 dekabr, AZƏRTAC
Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda 1 milyon 881,3 min ton dizel yanacağı, 1 milyon 66,3 min ton avtomobil benzini, 161,9 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 459,1 min ton ağ neft, 58,4 min ton yanacaq mazutu, 22,6 min ton sürtkü yağları, 347,1 min ton neft bitumu və 179,5 min ton neft koksu istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 11 ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 809,4 milyon manat olmaqla əvvəlki ilin eyni ayları ilə müqayisədə 1,8 faiz azalıb.
Neft məhsullarından neft bitumunun istehsalı 51,5 faiz, sürtkü yağlarının istehsalı 9,7 faiz, avtomobil benzininin istehsalı 2,3 faiz artıb.
Dizel yanacağının istehsalı 1,6 faiz, ağ neftin istehsalı 14,6 faiz, neft koksunun istehsalı 17,9 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 27,3 faiz, yanacaq mazutunun istehsalı 50,7 faiz azalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]