Yanvarda bankların əmanət portfelində artım olub
Bakı, 25 fevral, AZƏRTAC
Yanvarda bankların əmanət portfeli (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) 1,8 faiz və ya 203,8 milyon manat artıb.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, əmanət portfelinin 53 faizi (6 milyard 196,3 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 18 milyard 818,9 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 88,4 faizini təşkil edib. Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir (cəmi öhdəliklərin 82 faizi və ya 32 milyard 968,8 milyon manat). Depozit portfelinin 64,6 faizini (21 milyard 282 milyon manat) hüquqi şəxslərin depozitləri, 35,4 faizini (11 milyard 686,8 milyon manat) fiziki şəxslərin depozitləri (əmanət portfeli) təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]