Yanvarda satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 5,3 milyard manat olub
Bakı, 25 fevral, AZƏRTAC
Yanvar ayında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 5,3 milyard manat olmaqla 2022-ci ilin yanvar ayına nisbətən müqayisəli qiymətlərlə 4,2 faiz artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2022-ci ilin yanvar ayı ilə müqayisədə 3,8 faiz artaraq 5,1 milyard manata bərabər olub, onun 46,7 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb. Hesabat ayında bir istehlakçı orta hesabla 523,5 manat və ya 2022-ci ilin eyni ayı ilə müqayisədə nominal ifadədə 81 manat çox vəsait xərcləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:38]
Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb
- 05.06.2026 [17:15]