Yanvarın 11-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraiti üstünlük təşkil edəcəkdir. Səhər yarımadanın bəzi yerlərində zəif duman, çiskin olacaq, gecəyə doğru isə az yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 3-6°, gündüz 8-13° isti olacaqdır.
Bakıda gecə 4-6°, gündüz 10-12° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 767 millimetr civə sütunundan 763 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 80-90 faiz, gündüz 65-75 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə az yağıntılı olacağı gözlənilir.
Temperaturun gecə 2-7° şaxta, gündüz 7-12° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən,Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır. Lakin axşam yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə az yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 2 ° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava gün ərzində əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır. Lakin axşam yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2-7° isti olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 13-18° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır. Axşam isə yağış yağacağı ehtimalı vardır.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə yağış yağacağı gözlənilir.
Temperaturun gecə 3-6° isti, gündüz 9-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-9° isti olacağı gözlənilir.