Yanvarın 12- də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraiti üstünlük təşkil edəcəkdir. Səhər yarımadanın bəzi yerlərində zəif duman, çiskin olacaq, gecəyə doğru isə az yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 2-4° , gündüz 4-8° isti olacaqdır.
Bakıda gecə 2-4°, gündüz 6-8° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 763 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
havanın əsasən yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Temperaturun gecə 1- 6° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən, Gədəbəy rayonlarında
havanın əsasən yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Temperatur gecə 1-6° şaxta, gündüz 0-5° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər- Ağdam- Ağcabədi- Füzuli-Cəbrayıl rayonlarında
havanın yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir.
Temperatur gecə 0-4° şaxta, gündüz 5-10° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
hava gün ərzində yağıntılı olacaqdır. Bəzi yerlərdə qar yağacaqdır.
Temperatur gecə 2-7° şaxta, gündüz 4-9° isti, dağlarda gecə 7-10° şaxta, gündüz 0-4° isti olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 12-17° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında
hava arabir yağıntılı olacaqdır.
Havanın temperaturu gecə 10° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın arabir yağıntılı olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcəkdir.
Temperaturun gecə 0-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.