Yanvarın 13-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər və gündüz az yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 1-4°, gündüz 4-8° isti olacaqdır.
Bakıda gecə 2-4°, gündüz 5-7° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 763 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət 80-90 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
havanın yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Temperaturun gecə 1-6° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən, Gədəbəy rayonlarında
havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Temperatur gecə 1-6 ° şaxta, gündüz 0-5° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir.
Temperatur gecə 0-4° şaxta, gündüz 4-8° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Temperatur gecə 1-6° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 6-10° şaxta, gündüz 0-4° isti olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 12-17° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında
hava arabir yağıntılı olacaqdır.
Havanın temperaturunun gecə 0-4°, gündüz 5-10° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın arabir yağıntılı olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir.
Temperaturun gecə 0-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 2-5° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yanvarın 13-dən 15-dək Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir.
Meteoroloji amillərin zəif və mülayim dəyişikliyi əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.