YANVARIN 20-DƏ BAKIDA İCTİMAİ ASAYİŞİN TƏMİN OLUNMASI ÜÇÜN XÜSUSİ TƏDBİRLƏR PLANI HAZIRLANMIŞDIR
20 Yanvar faciəsinin 15-ci ildönümü ilə bağlı keçiriləcək mərasimlərə dair Bakı Şəhər Baş Polis İdarəsində /BŞBPİ/ xüsusi tədbirlər planı hazırlanmışdır.
BŞBPİ-nin rəis müavini, general-mayor Yaşar Əliyev AZƏRTAC-ın müxbirinə demişdir ki, Şəhidlər xiyabanında, həmçinin ziyarətgahın ətrafında ictimai təhlükəsizliyin qorunması və avtomobillərin hərəkətinin tənzimlənməsi məqsədi ilə hazırlanmış plana əsasən, həmin gün Bakıda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaqdır. Yanvarın 20-də əvvəlki illərdə olduğu kimi, Teleteatrın və Məşədi Əzizbəyovun heykəlinin yanından Şəhidlər xiyabanına gedən maşın yolları bağlanacaqdır. Vətəndaşlar heykəl tərəfdən Parlament prospektinə gələrək ziyarətlərini başa çatdırıb xiyabandan çıxacaqlar. Bütün yollar nəzarətə götürüləcək və qayda-qanunun pozulmaması, sıxlığın yaranmaması üçün tədbirlər görüləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]