Yanvarın 26-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Temperaturun gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın olacağı gözlənilir.
Bakıda gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 764 millimetr civə sütunundan 770 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
arabir qar yağacağı gözlənilir.
Temperatur gecə 7-12° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən, Gədəbəy rayonlarında
arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 8-13° şaxta, gündüz 1-6° şaxta olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
arabir qar yağacağı gözlənilir.
Temperatur gecə 1-6° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 4-9° şaxta, gündüz 4° şaxtadan 1°-dək isti, dağlarda gecə 9-14° şaxta, gündüz 4-7° şaxta, yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 20-25° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 1-5° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Dağlarda duman olacaqdır.
Temperaturun gecə 0-2° isti, gündüz 2-4° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-3° şaxta olacağı gözlənilir.