Yanvarın 28-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
arabir qar yağacağı, çovğun olacağı ehtimalı vardır.
Temperaturun gecə və gündüz 1-5° şaxta olacağı gözlənilir.
Bakıda gecə və gündüz 2-4° şaxta olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 764 millimetr civə sütunundan 768 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz olacaqdır.
Yollar buz bağlayacaqdır.
Naxçıvan Muxtar Respublikasında
arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı vardır.
Temperatur gecə 5-10° şaxta, gündüz 0-4° şaxta olacaqdır. Yollar buz bağlayacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən, Gədəbəy rayonlarında
arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı vardır.
Temperaturun gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı vardır.
Temperaturun gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı vardır.
Temperatur gecə 6-11° şaxta, gündüz 1-6° şaxta, dağlarda gecə 13°-18° şaxta, gündüz 6-10 şaxta olacaqdır. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 18-23° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli,
Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı vardır.
Temperatur gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaqdır. Yollar buz bağlayacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı
rayonlarında
arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı vardır.
Temperaturun gecə və gündüz 0-4° şaxta, dağlarda gecə 7-11° şaxta, gündüz 4-70 şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaqdır.
Xəbərdarlıq
Ölkə ərazisində qeyri-sabit hava şəraitinin ayın sonunadək davam edəcəyi, şaxtalı keçəcəyi, fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Yanvarın 28-i, 29-na keçən gecə bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı vardır. Gözlənilən kəskin hava şəraiti ilə əlaqədar yollar buz bağlayacaqdır.
Təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq
Yanvarın 27-si axşam, 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin daha da kəskinləşəcəyi, qarın bəzi yerlərdə intensivləşəcəyi, çovğun olacağı ehtimalı vardır. Havanın minimal temperaturu 1-5° şaxta təşkil edəcəkdir. Gözlənilən şaxtalı, qarlı hava şəraiti ilə əlaqədar yolların buz bağlayacağı gözlənilir. Yanvarın 29-u günün ikinci yarısından 30-u gündüzədək yağıntılarda gözlənilən qısa fasiləyə baxmayaraq şaxtalı hava şəraiti davam edəcəkdir. Havanın temperaturu gecə 5-7° şaxta, gündüz 0-2° şaxta təşkil edəcəkdir.