Azərbaycan Dövlət İnformasiya Agentliyi

YAP Yasamal rayon təşkilatının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Bakı, 17 fevral, AZƏRTAC

Fevralın 17-də Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası: xalqın iradəsinə söykənən siyasi etimad ünvanı” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının 33 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tədbir iştirakçılarını partiyanın Yasamal rayon təşkilatının yaradılmasının 33-cü ildönümü münasibətilə təbrik edib: “Bugünkü tədbir partiyamızın, o cümlədən YAP Yasamal rayon təşkilatının ötən müddət ərzində keçdiyi zəngin və şərəfli inkişaf yoluna bir daha nəzər salınması baxımından mühüm əhəmiyyətə malikdir”.

Tahir Budaqov bildirib ki, bu gün dünyada müstəqil, nüfuzlu, qüdrətli və qalib ölkə kimi tanınan müasir Azərbaycanın möhtəşəm uğurlarında siyasi sistemin aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyasının mühüm rolu və payı var: “Ötən əsrin 90-cı illərinin əvvəlində müstəqilliyini yenicə bərpa etmiş ölkəmizin gələcək taleyini müəyyən edən əlamətdar hadisələrdən biri məhz Yeni Azərbaycan Partiyasının yaradılması olmuşdur. Bu, sadəcə olaraq, bir partiyanın təsis olunması deyil, çoxəsrlik dövlətçilik və müasir müstəqillik tariximizin dönüş nöqtəsidir. Bəllidir ki, Yeni Azərbaycan Partiyasının yarandığı şərait olduqca mürəkkəb dövrə təsadüf edir. Hələ XX əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəlində istər SSRİ miqyasında, istərsə də respublika səviyyəsində dağıdıcı proseslər baş verərkən - sovetlər ittifaqının çöküşü fonunda digər bir sıra ölkələr kimi Azərbaycan da olduqca çətin vəziyyətlə qarşılaşmışdı. Respublikada faktiki olaraq ictimai-siyasi böhran mövcud idi, iqtisadi tənəzzül, siyasi qeyri-müəyyənlik və vətəndaş qarşıdurması ilə yanaşı, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və ölkəmizin bölgədə təcrid vəziyyətinə düşməsi ciddi təhdidlər, o cümlədən müstəqilliyin itirilməsi təhlükəsi yaratmışdı. Belə bir şəraitdə məqsədyönlü siyasət nəticəsində milli birliyin təmin edilməsi, müstəqil dövlət quruculuğunun həyata keçirilməsi və Azərbaycanın təlatümlərdən xilas edilməsi zərurətə çevrilmişdi. Bunun üçün isə təcrübəli, qətiyyətli, vətənpərvər və milli maraqları hər şeydən üstün tutan güclü siyasi liderə ehtiyac var idi. Bu tarixi şəxsiyyət isə, heç şübhəsiz, görkəmli dövlət xadimi Heydər Əliyev idi. Xalq yalnız onun liderliyi ilə Azərbaycanın müstəqilliyinin qorunub saxlanıla və parlaq gələcəyinin qurula biləcəyinə inanırdı. 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının Heydər Əliyevə müraciət edərək yeni, müstəqil Azərbaycan uğrunda Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etməsi də məhz bu inamdan qaynaqlanırdı. Ulu Öndərin həmin müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının yaradılmasına və partiyaya rəhbərlik etməyə razılıq verməsi isə taleyi sual altında olan Azərbaycanın gələcəyi naminə müstəsna əhəmiyyətə malik olmuşdur. Beləliklə, 1992-ci il noyabrın 21-də yaradılan Yeni Azərbaycan Partiyasının qısa müddətdə cəmiyyətdə həlledici çoxluq tərəfindən ölkəni idarə etməyə qadir alternativsiz qüvvə kimi qəbul olunması Heydər Əliyevin bənzərsiz liderlik və fenomenal idarəçilik keyfiyyətləri ilə şərtlənmişdir. Qısa müddət ərzində respublikanın bütün bölgələrində yerli təşkilatların yaradılması istiqamətində mühüm addımlar atılmış, müəyyən olunmuş vəzifələrin yerinə yetirilməsi və qarşıda duran hədəflərə çatmaq üçün sistemli fəaliyyət həyata keçirilmişdir”.

YAP Sədrinin müavini vurğulayıb ki, yeni dəyərlər yaradaraq siyasi mədəniyyət nümunəsi ortaya qoyan Yeni Azərbaycan Partiyasına göstərilən yüksək etimad onun ümumxalq partiyasına çevrilməsini şərtləndirmişdir: “YAP ölkədə keçirilən bütün seçkilərdə inamlı qələbələr qazanaraq siyasi həyatda avanqard qüvvə - lider partiya olduğunu sübuta yetirmiş, hər bir siyasi marafondan uğurla və daha güclü çıxaraq siyasi sistemdə yerini daha da möhkəmləndirmişdir. Yeni Azərbaycan Partiyası 1993-2003-cü illərdə Heydər Əliyevin rəhbərliyi və xalqın dəstəyi ilə ictimai-siyasi sabitliyin, iqtisadi inkişafın təmin olunması, dövlətçiliyin möhkəmləndirilməsi - milli maraqların qorunması, respublikanın beynəlxalq mövqeyinin gücləndirilməsi istiqamətində ardıcıl işlər görərək mühüm nailiyyətlərə imza atmışdır”.

Tahir Budaqov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev siyasi varisliyi təmin etməklə, Azərbaycan dövlətini milli maraqlara, mənəvi dəyərlərə, xalqın ali iradəsinə əsaslanan siyasəti ilə zirvələrə daşıyacaq lider yetişdirməklə dövlətçilik tariximizdə ən böyük xidmətlərindən birini göstərmişdir: “İlham Əliyevin 2003-cü ildə ölkə Prezidenti, 2005-ci ildə isə Yeni Azərbaycan Partiyasının Sədri seçilməsindən sonra həm partiyamızın həyatında, həm də Azərbaycanın inkişafında keyfiyyətcə yeni mərhələ başlanmışdır. Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində misilsiz nailiyyətlər əldə edilmiş, xalq-iqtidar birliyi daha da möhkəmlənmiş, Azərbaycan regionda lider dövlətə çevrilərək dünyada etibarlı tərəfdaş kimi tanınmışdır. Ən əsası, ölkəmiz öz ərazi bütövlüyü və mütləq suverenliyini təmin etməklə Zəfər zirvəsinə yüksələrək regionumuz üçün də yeni perspektivlər yaratmışdır. Bu gün Cənubi Qafqazda Azərbaycanın konstruktiv siyasəti və prinsipial mövqeyi nəticəsində sülh və etimad quruculuğu uğurla həyata keçirilməkdədir”.

“Hazırda sıralarında 750 mindən artıq vətəndaşımızı birləşdirən, öz fəaliyyətində dialoq, konstruktiv əməkdaşlıq, qanunun aliliyi, azadlıq və bərabərlik prinsiplərinə söykənən, plüralizmi təşviq edərək siyasi sistemin inkişafına, Azərbaycanın müasir, demokratik və hüquqi dövlət kimi tərəqqisinə mühüm töhfələr verən Yeni Azərbaycan Partiyası müasir çağırış və hədəfləri əsas götürərək məqsədyönlü fəaliyyətini müvəffəqiyyətlə davam etdirir”, - deyən YAP Mərkəzi Aparatının rəhbəri əlavə edib ki, bu, partiyamızın ictimai-siyasi dayaqlarını gücləndirir və xalq-iqtidar birliyinin daha da möhkəmlənməsini şərtləndirir.

Tahir Budaqovun sözlərinə görə, YAP milli maraqların qorunmasına siyasi-ideoloji dəstəyin verilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi - milli şüurun gücləndirilməsi, eləcə də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, partiyamızın və ölkəmizin beynəlxalq əlaqələrinin möhkəmləndirilməsinə hədəflənmiş mühüm tədbirlər reallaşdırır: “Dövlət başçısı, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası yeni dövrün çağırışlarından irəli gələrək suveren Azərbaycanın milli maraqlarının təmini üçün öz üzərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirmək əzmindədir. Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin mütərəqqi siyasi kursuna uyğun fəaliyyətini davam etdirən YAP Yasamal rayon təşkilatı da yeni dövrün reallıqlarından irəli gələn çağırışları diqqət mərkəzində saxlamalıdır. 1993-cü il fevralın 20-də yaradılan YAP Yasamal rayon təşkilatının sıralarında hazırda 34 min nəfərə yaxın üzv birləşmişdir ki, onlardan 18 mindən çoxu qadınlar, 2500-i isə gənclərdir. Bu böyük potensial rayon təşkilatının qarşısında duran bütün vəzifələrin mütəşəkkil qaydada və yüksək səviyyədə yerinə yetirilməsinə imkan verir”.

“Ümummilli Liderimizin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır. Dünən Azərbaycan naminə tarixi məsuliyyəti öz üzərinə götürən Ulu Öndərin ətrafında yaranmış, bu gün qalib xalqın Lideri - Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən YAP sabah da ümumxalq partiyası kimi fəaliyyətini uğurla davam etdirərək xalqımıza möhtəşəm nailiyyətlər qazandıracaq. Hər birinizə möhkəm cansağlığı, uzun ömür və şərəfli fəaliyyətində davamlı uğurlar arzulayıram. Yaşasın Ulu Öndərimizin qurucusu olduğu müasir müstəqil Azərbaycan dövləti və Heydər Əliyev dühasının xalqımıza böyük mənəvi-siyasi mirası olan Yeni Azərbaycan Partiyası! Vətənimizi, xalqımızı Zəfər zirvəsinə yüksəldən Müzəffər Liderimiz cənab İlham Əliyevə eşq olsun!”, - deyə YAP Sədrinin müavini əlavə edib.

Sonra çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd edib ki, Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır: “Partiyanın keçdiyi şərəfli yol xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını və sarsılmaz olduğunu təsdiqləyir. Bu gün müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda Azərbaycan vətəndaşları Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərirlər. Bu istiqamətdə əldə olunan nailiyyətlərdə, heç şübhəsiz, YAP Yasamal rayon təşkilatının da özünəməxsus rolu vardır”.

YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov vurğulayıb ki, Yeni Azərbaycan Partiyası öz fəaliyyətində ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün qorunması, beynəlxalq aləmdə layiqli yer tutması kimi əsas milli prioritetlər istiqamətində qurmaqla cəmiyyətdə yüksək nüfuza malik olub: “Gələcəyə doğru inamla irəliləyən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir. Əldə olunan uğurların siyasi müstəvidə möhkəmləndirilməsində Yeni Azərbaycan Partiyasının, eləcə də YAP Yasamal rayon təşkilatının mühüm xidmətləri var”.

44 günlük Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, “Azərbaycan Bayrağı” ordenli Nurlan Mustafayevin anası, “H.Cavid pr.33a” ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini Rahilə Ramazanova bildirib ki, Yeni Azərbaycan Partiyası bu günədək xalqın və dövlətimizin taleyində mühüm rol oynayıb və Azərbaycanın güclü dövlət kimi təşəkkül tapmasında böyük xidmətlər göstərib: “Bu gün partiyamızın gücü Ulu Öndər Heydər Əliyev ideyalarından və Prezident İlham Əliyevin uğurlu siyasətindən qaynaqlanır. Prezident İlham Əliyev ölkəmizin nüfuzunu artırmaqla onu dünyada müstəqil xarici siyasət yürüdən dövlət və etibarlı tərəfdaş kimi tanıdıb. Tarixi Zəfərimizdən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan dövləti Liderimiz İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləməkdədir”.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində yaradılan Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yolu keçib: “Yarandığı gündən Yeni Azərbaycan Partiyasının əsas məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulması, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaradılmasından ibarət olub. Partiya ötən müddət ərzində öz məqsədlərinə uyğun fəaliyyət göstərib, çox mühüm nailiyyətlər əldə edib. Ölkəmizin əldə etdiyi uğurlarda Yeni Azərbaycan Partiyasının müstəsna rolu var”.

YAP Yasamal rayon təşkilatının 33 illik fəaliyyətindən bəhs edən Bəxtiyar Nəbiyev qeyd edib ki, təşkilat yarandığı gündən bu günə qədər ictimai-siyasi həyatda öz uğurlu fəaliyyəti ilə hər zaman seçilib: “YAP Yasamal rayon təşkilatı Yeni Azərbaycan Partiyasının Proqramına uyğun fəaliyyəti ilə cəmiyyətin müxtəlif təbəqələrinin partiya ətrafında sıx birləşməsinə mühüm töhfələr verir. Təşkilatımız bundan sonra da qarşıya qoyulan vəzifələrin icrasını uğurla təmin edəcəkdir”.

Çıxışlardan sonra YAP Yasamal rayon təşkilatının yaradılmasının 33-cü ildönümü münasibətilə partiyanın və rayonun ictimai-siyasi həyatında fərqlənən şəxslərə fəxri fərmanlar təqdim olunub.

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Sonra konsert proqramı təqdim olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub