Yaponiya bir neçə cəhddən sonra Beynəlxalq Kosmik Stansiyaya yük raketi göndərib
Tokio, 25 sentyabr, AZƏRTAC
Sentyabrın 24-də Yaponiyada “Kounotori-8” pilotsuz kosmik yük gəmisini daşıyan “H-2B” ağır raketi uğurla Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndərilib.
AZƏRTAC xəbər verir ki, raketin buraxılışı Yaponiya Aerokosmik Məkanın Tədqiqi Agentliyi (JAXA) tərəfindən birbaşa yayımlanıb.
Qeyd edək ki, buna qədər həmin raketin buraxılışı iki dəfə təxirə salınıb. Birinci dəfə bu, start meydançasında baş verən yanğın, ikinci dəfə isə “H-2B” raketinin ikinci səviyyəsinin Rusiyanın “Soyuz MC-15” pilotlu raketinə yaxınlaşması zamanı yarana biləcək təhlükə ilə əlaqədar olub.
Hazırda “Kounotori-8” yük gəmisi “Sony” şirkəti ilə birlikdə hazırlanan və yerlə optik telekommunikasiyanı həyata keçirməli olan aparatı stansiyaya çatdırmalıdır. Həmin qurğunun sınaqlarının cari ilin sonunadək aparılması planlaşdırılır. Bununla yanaşı, gəmi stansiyanın heyətinə kosmosun tədqiqi üçün nəzərdə tutulan iki mikro süni peyki, digər qurğuları və yükləri də çatdırmalıdır.
Xatırladaq ki, Beynəlxalq Kosmik Stansiya üçün bu seriyadan olan əvvəlki pilotsuz yük gəmisi ötən ilin noyabrında kosmosa buraxılmışdı.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]