Yaponiya klubunun futzalçısı millimizin hazırlıq prosesinə qoşulub
Bakı, 17 yanvar, AZƏRTAC
Avropa çempionatının final mərhələsinə Bakıda hazırlaşan futzal üzrə Azərbaycan millisinin düşərgəsinə daha bir oyunçu qoşulub.
AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, karyerasını Yaponiyanın “Agleymina Hamamatsu” klubunda davam etdirən Fineo de Araujo bu gün Bakıya gəlib. Bir müddət əvvəl Yaponiya çempionatında yaranmış fasilədən istifadə edərək vətəninə baş çəkən futzalçı Olimpik Starda keçiriləcək məşqə qoşulacaq.
Xatırladaq ki, ötən ilin aprel ayrında Bakıda keçirilən Avropa çempionatının seçmə mərhələsinin oyunlarında iştirak edən Fineo dekabrda İranda təşkil edilən beynəlxalq turnirə dəvət edilməmişdi. Yaponiya ilə məsafənin uzaq və saat fərqinin isə çox olmasını nəzərə alan baş məşqçi Joze Alesio da Silva ona rəsmi oyunlar ərəfəsində dəvət göndərəcəyini bildirmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [23:24]
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]