Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaponiya parlamentinin növbəti sessiyası və hökumətin qarşısında duran vəzifələr

Yaponiya parlamentinin növbəti sessiyası və hökumətin qarşısında duran vəzifələr

Tokio, 4 oktyabr, AZƏRTAC 

Oktyabrın 4-də Yaponiya parlamentinin növbədənkənar sessiyası öz işinə başlayıb. Bu dəfəki sessiyada diqqəti cəlb edən əsas məqamlardan biri Baş Nazir Şinzo Abenin yaxın illər üçün hökumətin qarşısında duran vəzifələrlə əlaqədar proqram xarakterli çıxışı olub.

AZƏRTAC xəbər verir ki, parlamentin internet kanalı vasitəsilə birbaşa yayımlanan çıxışında Baş Nazir diqqəti həm siyasi, həm sosial-iqtisadi və həm də beynəlxalq münasibətlər çərçivəsində hökumətin qarşısında duran vəzifələrə yönəldib.

Şinzo Abenin sözlərinə görə, güclü iqtisadiyyat ölkədə sabit sosial təminatın mövcudluğu üçün əsasdır. Yaponiyanın iqtisadi inkişafı üçün ən böyük təhlükə isə, ölkədə doğum səviyyəsinin sürətlə aşağı düşməsidir.

Baş Nazir qeyd edib ki, oktyabrın 1-də istehlak vergisinin 8 faizdən 10-dək qaldırılması nəticəsində əldə ediləcək vəsait sosial təminatın yaxşılaşdırılmasına, ödənişsiz məktəbəqədər təhsilin tətbiqinə və körpələrə qulluğun səviyyəsinin qaldırılmasına yönəldiləcək.

Ş.Abe, həmçinin qeyd edib ki, az miqdarda pensiya alan yaşlı insanlara əlavə vəsait ödəniləcək. İstehlak vergisinin artırılması, həmçinin sosial təminat sahəsində islahatları davam etdirməklə yanaşı, ehtiyacı olan bütün yaş qrupları üçün sosial qayğını yaxşılaşdırmağa şərait yaradacaq.

Dekabrın 9-dək davam edəcək 67 günlük sessiya zamanı müzakirəyə çıxarılacaq məsələlər sırasında hökumətin qabartdığı digər mühüm məsələ Konstitusiyaya dəyişikliklərlə bağlı müzakirələrin təşkili olacaq. Ş.Abe iyulda keçirilən son seçkilərdə əldə etdiyi üstünlükdən istifadə edərək bu məsələ ilə heç də razılaşmaq istəməyən müxalifətə üstün gəlməyi planlaşdırır.

Yaponiyanın yeni Reiva dövrünə qədəm qoymasını əsas gətirən Baş Nazir ölkənin gələcək simasının müəyyənləşməsinin zəruriliyinə diqqət çəkərək bu məsələdə Konstitusiyanın xüsusi rolunu qabardır.

Parlamentdəki çıxışında da o, əsas diqqəti buna yönəldərək deyib: “Gəlin insanlar qarşısında olan məsuliyyətimizi axıradək icra edək”.

Xatırladaq ki, Ş.Abenin rəhbərlik etdiyi Liberal Demokratik Partiya (LDP) artıq uzun müddətdir 1947-ci ildə qüvvəyə minmiş pasifist Konstitusiyaya yenidən baxmağı təklif edir. Lakin nə LDP, nə də dəyişikliklərə tərəfdar olan digər partiyalar parlamentdə məsələyə baxmaq üçün lazım olan üçdəiki üstünlüyə malik deyillər.

Noyabrda Yaponiyanın ən uzun müddətə Baş Naziri olmaq statusunu qazanmaq üçün Ş.Abe ölkədə siyasi və iqtisadi sabitliyin saxlanmasına çalışır. Bu mənada dünyanın üçüncü iqtisadiyyatına malik olan ölkəsinin həmin cəhətləri onun siyasi çıxışında daha böyük təkidlə səslənib.

Daxili amillərlə xarici təsirləri ümumilikdə nəzərdən keçirən Baş Nazir istehlak vergisinin artımının yarada biləcəyi problemlərlə yanaşı, ABŞ ilə Çin arasında davam edən ticarət müharibəsini, Böyük Britaniyanın Avropa İttifaqından çıxmasını diqqətlə izləyəcəyini xüsusi vurğulayıb: “İqtisadiyyatın enişinin əyani şəkil aldığı müşahidə ediləcəyi təqdirdə biz çevik addımlar ataraq onun sabit inkişaf tempini saxlamağa çalışacağıq”.

Qeyd etmək lazımdır ki, Ş.Abenin ötən ay öz yeni kabinetini formalaşdırılmasından sonra keçirilən ilk sessiyada müxalif partiyaların ona qarşı sərt mövqeyi gözlənilir. Həm iqtisadi islahatlar, həm ABŞ ilə imzalanan ticarət müqaviləsi, həm də “Kansai Electric Power Co.” şirkətində maliyyə qalmaqalı fonunda ölkədəki nüvə siyasəti qarşıdakı debatların öz kəskinliyi ilə seçiləcəyini deməyə əsas verir.

Bununla yanaşı, həm Yaponiya Konstitusiyalı Demokratik Partiyasının, həm də “Xalq üçün demokratiya” Partiyasının daxil olduğu müxalifət qrupunun qarşısında duran əsas vəzifə onların hakim bloka qarşı davam gətirmək qabiliyyətində olduqlarını sübut etmələridir. Hökumət parlamentin cari sessiyasına 15 qanun layihəsinin təqdim etməyi planlaşdırır ki, Baş Nazir onları da əsasən “qazanılmış” adlandırıb.

Beynəlxalq siyasətə gəlincə isə, Ş.Abe bir daha Şimali Koreya lideri Kim Çen In ilə heç bir ilkin şərt olmadan görüşməyə hazır olduğunu bir daha təsdiq edib. Qeyd edək ki, bu, Şimali Koreya tərəfindən sualtı qayıqdan buraxılmış raketin Yaponiyanın məxsusi iqtisadi zonaya düşməsindən cəmi iki gün sonra baş verib.

Çin ilə əlaqələrə toxunan Baş Nazir bu ölkə ilə münasibətləri tamamilə yeni səviyyəyə qaldırmağa hazır olduqlarını bildirib. Cənubi Koreyaya gəlincə isə, o, bu ölkəni iki dövlət arasında əldə edilmiş razılaşmaya əməl etməyə çağırıb.

Öz çıxışında Yaponiya-ABŞ ittifaqının indiyə qədər heç vaxt olmadığı qədər möhkəmliyinə diqqət çəkən Baş Nazir Rusiya ilə münasibətlərdə də qarşılıqlı çiçəklənməyə çalışdıqlarını vurğulayıb.

Göründüyü ki, qarşıdakı dövr Yaponiya hökuməti üçün həm siyasi, həm də sosial-iqtisadi sahədə bir sıra mühüm vəzifələrin həlli ilə diqqəti cəlb edir. Bu vəzifələrin həlli isə məhz hökumətin həyata keçirəcəyi siyasətin çevikliyindən və yerli əhali tərəfindən nə dərəcədə dəstəklənməsindən asılı olacaq.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər