Yaponiya portalı Azərbaycan bayrağının Laçında ucaldılması barədə məlumatlar yayıb
Tokio, 27 avqust, AZƏRTAC
Yaponiyanın “ajmedia.jp” portalı Azərbaycan bayrağının Laçın rayonunda ucaldılması barədə məlumatlar yayıb.
AZƏRTAC xəbər verir ki, yapon və ingilis dillərində yayılan məlumatlarda avqustun 26-da Laçın şəhərində Azərbaycanın Dövlət bayrağının ucaldılması haqqında xəbərlər əksini tapıb.
Məlumatlarda Prezident İlham Əliyevin Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi barədə etdiyi paylaşım xüsusi yer alıb. Dövlətimizin başçısının bu münasibətlə bütün laçınlıları və Azərbaycan xalqını təbrik etdiyi qeyd edilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio