Yaponiya Rusiya və Çinin birgə təşkil etdiyi hava patrulundan narahat olduğunu bildirib
Tokio, 24 dekabr, AZƏRTAC
Yaponiya hökuməti dekabrın 22-də Rusiya və Çin tərəfindən birgə hava patrulunun həyata keçirilməsi ilə bağlı narahatlığını ifadə edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Katsunobu Kato dekabrın 23-də keçirilən ənənəvi mətbuat konfransı zamanı bildirib.
“Dekabrın 22-də Çinin dörd və Rusiyanın iki bombardmançı təyyarəsi Yapon və Şərqi Çin dənizləri üzərində uçuş həyata keçirib. Bununla əlaqədar olaraq, Yaponiya özünümadfiə qüvvələrinin qırıcı təyyarələri havaya qalxıb. Bu zaman biz nə Rusiya, nə də Çin tərəfindən heç bir xəbərdarlıq almamışıq. Baş verən hadisə ilə əlaqədar bizim ölkəmiz diplomatik kanallar vasitəsilə Rusiya və Çin tərəflərinə narahatlığını çatdırıb”, - deyə baş katib qeyd edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [23:48]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [22:29]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:25]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək
- 14.06.2026 [22:05]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:02]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [21:52]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [20:55]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:56]