Yaponiya səfiri: Azərbaycanda cüdonun inkişafı bizi sevindirir
Bakı, 22 fevral , AZƏRTAC
“Bakıda təşkil olunmuş “Böyük Dəbilqə” turniri göstərdi ki, Azərbaycanda cüdoya maraq yüksək səviyyədədir”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabe fevralın 16-18-də Bakıda keçirilmiş “Böyük Dəbilqə” turniri haqqında danışarkən deyib.
O, Azərbaycanda bu idman növünün inkişafının gözlə görülən olduğunu bildirib: “Cüdonun Vətəni olaraq inkişafın fərqindəyik və bu, bizi çox sevindirir. Cüdoya olan diqqətə və qayğıya görə Azərbaycan xalqına və dövlətinə minnətdaram. Çox təəssüf ki, başqa tədbirə qatıldığım üçün “Böyük Dəbilqə”də iştirak edə bilmədim. Ölkənizdə belə nüfuzlu yarışların davamlı olacağına inanıram. Bundan sonra bu cür turnirlərdə böyük məmnuniyyətlə iştirak etmək, əməkdaşlığımızı daha da dərinləşdirmək istərdim”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]