YAPONİYA ÜZƏRİNDƏ QƏLƏBƏNİN 60 İLLİYİNƏ HƏSR OLUNMUŞ ELMİ-PRAKTİK KONFRANS
Tədbirdə Azərbaycanın rus icması sədrinin müavini Viktor Tatarenko, RF səfirliyinin müşaviri Vladimir Jitnikov, istefada olan I dərəcəli kapitan Aleksandr Qritçenko, Uzaq Şərqdə döyüşlərin iştirakçısı Hacı Rzayev və başqaları çıxış edərək, militarist Yaponiya üzərində qələbənin qazanılmasında Sovet Ordusunun göstərdiyi qəhrəmanlıqlardan danışmışlar. Bildirilmişdir ki, müttəfiqlərin müraciətinə əsasən, SSRİ 1945-ci il avqustun 9-da Yaponiya ilə müharibəyə başlamış və 23 gün ərzində düşmənin Kvantun ordusunu darmadağın etmişdir. Bu müddət ərzində Çinin şimal-şərqinin, Şimali Koreyanın, Cənubi Saxalinin, Kuril adalarının Sovet Ordusu tərəfindən azad edildiyi, bu döyüşlərdə yapon ordusunun 674 min nəfər itirdiyi (öldürülmüş və əsir düşmüş) vurğulanmışdır. Faşizmlə mübarizədə SSRİ-nin bütün xalqlarının bir nəfər kimi birləşdiyi qeyd edilmiş, ordunun tərkibində vuruşmuş Azərbaycanın oğul və qızlarının şücaəti və qəhrəmanlığı diqqətə çarpdırılmışdır.
Mərasimdə II Dünya müharibəsinə aid fotokadrlar göstərilmiş, müharibə veteranlarına hədiyyə və mükafatlar təqdim olunmuşdur.