Yaponiya və Çin müdafiə məsələləri üzrə təlimatçıların mübadiləsi proqramını bərpa edəcəklər
Tokio, 6 may, AZƏRTAC
Yaponiya və Çin altı illik fasilədən sonra Yaponiya Özünümüdafiə Qüvvələrinin və Çin Xalq Azadlıq Ordusunun təlimatçılarının mübadiləsi proqramını bərpa etməyi planlaşdırırlar.
AZƏRTAC Yaponiya Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Müdafiə Sahəsində Tədqiqatlar Milli İnstitutu və Çin Milli Müdafiə Universiteti cari ilin sentyabrında iki tərəf arasında mübadilə proqramının rəsmi şəkildə təsdiqini planlaşdırırlar. Bu iki təhsil müəssisəsinin nümayəndələri hərbi akademiyaların Tokioda keçiriləcək beynəlxalq konfransında iştirak edəcəklər.
Yaponiya cari ilin sonlarına doğru Çinin təlimatçılarını müdafiə siyasəti barədə mühazirələr oxumaq üçün dəvət etməyi də planlaşdırır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]