Yaponiya və İndoneziya arasında sürətli dəmir yolunun inşası barədə razılıq əldə edilib
Tokio, 25 sentyabr, AZƏRTAC
Yaponiya və İndoneziya arasında əldə edilən razılaşmaya əsasən Cakartanı İndoneziyanın ikinci şəhəri hesab edilən Subaraya ilə birləşdirəcək sürətli dəmir yolunun inşası ilə əlaqədar irimiqyaslı araşdırmalara başlanacaq.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə sənəd sentyabrın 24-də, iki ölkənin rəsmiləri tərəfindən Cakartada layihənin ilkin variantı barədə razılıq əldə edildikdən sonra imzalanıb.
Layihəyə əsasən, yeni inşa olunacaq yol hazırda mövcud olan dəmir yolu xəttinin yaxınlığından salınacaq və təqribən 730 kilometr uzunluğunda marşrutu əhatə edəcək.
Maksimum sürəti saatda 160 kilometr təşkil edəcək yol həmin məsafəni hazırkı 9 saat əvəzinə 5,5 saata qət etməyə şərait yaradacaq.
Yolun salınmasına iki tərəf arasında yekun razılaşma əldə edildikdən sonra başlanacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]