YAPONİYA XARİCİ İŞLƏR NAZİRİNİN BİRİNCİ MÜAVİNİ “ŞİMAL” DRES-DƏ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, yanvarın 15-də Yaponiya xarici işlər nazirinin birinci müavini İçiro Aisava “Şimal” DRES-də olmuşdur.
Qonaq və onu müşayiət edən şəxslər yaponiyalı mütəxəssislərin 2002-ci ildə burada inşa etdikləri və dünya standartlarına cavab verən 400 meqavatlıq birinci enerji bloku ilə tanış olmuşlar. Sonra burada keçirilən görüşdə “Şimal” DRES-də analoji bu cür ikinci blokun tikintisi ilə bağlı danışıqlar aparılmışdır.
Görüşdə sənaye və energetika naziri Məcid Kərimov, “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev və Yaponiyanın ölkəmizdəki səfiri Tadahiro Abe iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]
Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]