YAPONİYA YIĞMASININ MƏŞQÇİSİ DÜNYA ÇEMPİONATININ TƏŞKİLATÇILARINI TƏNQİD ETMİŞDİR
Məşqçi 0:0 hesabı ilə başa çatan Xorvatiya ilə görüşdən sonra demişdir: “Avstraliya ilə oyuna da saat (orta Avropa vaxtı )15-də başladıq. Təşkilatçılar, ilk növbədə, televiziyanın mənafeyini nəzərə alırlar, çünki başlıcası biznesdir. Belə qızmar isti üzündən bugünkü görüşün ikinci hissəsində yaxşı oyun nümayiş etdirə bilmədik. Buna baxmayaraq, imkanımız hələ var və biz mübarizə aparacağıq”.
Hazırda F qrupunda Braziliya komandası 6 xala, Avstraliya yığması 3 xala malikdir, Yaponiya və Xorvatiyanın isə hərəyə 1 xalı var. Sonuncu mərhələdə Yaponiya Braziliya ilə Avstraliya isə Xorvatiya ilə qarşılaşacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:57]
Belçikada polis əməkdaşı əməliyyat zamanı öldürülüb
- 13.10.2026 [13:36]
“Ryanair” Budapeştdən Böyük Britaniyaya yeni aviareys açır
- 13.10.2026 [13:06]
Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır
- 13.10.2026 [12:52]