Yaponiyada “Nikkei” indeksi günü son 30 ilin ən yüksək həddində başa vurub

Tokio, 29 dekabr, AZƏRTAC
Dekabrın 29-da Tokio Fond Birjasında aparıcı “Nikkei” indeksi günü son 30 ilin ən yüksək həddində başa vurub.
AZƏRTAC xəbər verir ki, bu, ABŞ bazarlarında kotirovkaların artması fonunda baş verib.
Dekabrın 29-da günün sonuna doğru “Nikkei” indeksi 27568 bəndində qərarlaşıb ki, bu da bir gün əvvəlki göstəricidən 700 bənd yuxarıdır. Eyni zamanda, bu, 1990-cı ilin avqustundan bəri birjanın sonuna doğru həmin indeksin nümayiş etdirdiyi ən yüksək göstəricidir.
Qeyd edək ki, bu artım Nyu-York birjasında investorların geniş sahələr üzrə səhmlərin alınması ilə bağlı sifarişlərindən sonra “Dow Jones” orta sənaye indeksinin və digər aparıcı indekslərin rekord həddə çatması ilə əlaqədar baş verib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio