Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaponiyanın Baş Naziri Şinzo Abenin istefasının səbəbləri və gözləntilər

Yaponiyanın Baş Naziri Şinzo Abenin istefasının səbəbləri və gözləntilər

Tokio, 29 avqust, AZƏRTAC

Avqustun 28-də Yaponiyanın Baş Naziri Şinzo Abe gözlənilmədən tutduğu vəzifədən istefa verdiyini bəyan etdi. “Gündoğar ölkə”nin hökumətinə fasiləsiz olaraq ən uzun müddət başçılıq etmiş Şinzo Abenin istefasının səbəbləri və nəticələri bu gün həm ölkə, həm də əcnəbi ekspertləri düşündürən mühüm suallardır.

Xatırladaq ki, Şinzo Abe 2012-ci ilin dekabrında Liberal Demokratik Partiya (LDP) ümumi seçkilərdə qələbə qazandıqdan sonra hakimiyyətə gəlib. Buna qədər isə o, 2006-cı ilin sentyabrından 2007-ci ilin sentyabrınadək - düz bir il müddətində baş nazir vəzifəsini tutub. Lakin həmin vaxt olduğu kimi, bu dəfə də Ş.Abenin istefasının səbəbi onun səhhəti ilə əlaqələndirilir. Baş Nazirin yoğun bağırsağında davam edən xroniki xəstəliyin onda güclü sancılar doğurduğu və bunun hökumətin fəaliyyəti ilə bağlı qərarların qəbuluna təsir göstərdiyi qeyd edilir.

Son günlər onun Tokionun mərkəzində yerləşən Keyo Universitetinin xəstəxanasına müraciət etməsi və bir həftə ərzində orada iki dəfə müayinədən keçməsi barədə biz artıq xəbər vermişdik. Yapon mentalitetində özünü çox qabarıq şəkildə göstərən işə bağlılıq xüsusiyyəti burada da təsdiqini tapdı. Səhhətinin yaratdığı problemlərin onun fəaliyyətinə mənfi təsirini etiraf edən Baş Nazir tərəddüd etmədən vəzifələrinin icrasını dayandırdı.

Bəs, Şinzo Abenin Yaponiya tarixində ən uzun müddət davam etmiş hakimiyyəti bu ölkəyə nə kimi yeniliklər gətirdi? Yaponiya tarixi Şinzo Abeni necə xatırlayacaq? Bu siyasətçi hökumətə başçılıq etməyə başlayarkən qarşısına qoyduğu vəzifələri yerinə yetirə bildimi? Onun siyasi və iqtisadi fəaliyyəti istənilən nəticələri verdimi?

Düşünürəm ki, bu suallara aydınlıq gətirmək üçün Ş.Abenin həm xarici, həm daxili, həm də iqtisadi siyasətinin istiqamətlərini və əldə edilən nəticələri araşdırmaq lazımdır.

Xarici siyasətdə qarşıya qoyulan vəzifələrin icrasına Ş.Abe keçirdiyi son mətbuat konfransında özü də toxunub. Ölkə ictimaiyyətini ən çox narahat edən Şimali Koreyanın xüsusi xidmət orqanları tərəfindən oğurlanmış Yaponiya vətəndaşlarının taleyinin müəyyən edilməsi ilə bağlı vəzifə bütün cəhdlərə baxmayaraq, yerinə yetirilməmiş qalıb. Ş.Abe hökumətinin bu istiqamətdə uğur qazanmaq üçün həmin mövzunu ABŞ-Şimali Koreya liderlərinin danışıqlarının gündəliyinə daxil edilməsinə nail olmasına, Baş Nazirin problemin həlli üçün Şimali Koreya ilə müzakirələrə heç bir ilkin şərt irəli sürmədən hazır olması barədə bəyanatına baxmayaraq, prosesdə irəliləyiş əldə etmək mümkün olmadı.

Ş.Abe hökumətinin xarici siyasətinin növbəti əsas məqamı kimi Rusiya ilə mübahisəli torpaqlar məsələsinin həlli və sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımlar da nəticəsiz qaldı. Rusiya Prezidenti ilə həm beynəlxalq tədbirlər, həm də qarşılıqlı səfərlər zamanı aparılan müzakirələrdə intensivlik təmin edilsə də, konkret nəticə qazanılmadı. Bu danışıqlarda hər iki tərəfin mütəxəssislərinin də etiraf etdiyi kimi, yeganə uğur tərəflər arasında birgə iqtisadi-təsərrüfat layihələri və yaponların əcdadlarının qəbirləri qalmış torpaqları vizasız ziyarət etmək barədə razılıq oldu. Yaponiya və Rusiya liderləri arasında sülh müqaviləsinin bağlanması üçün danışıqların keçmiş SSRİ ilə 1956-cı ildə imzalanmış birgə bəyanat əsasında aparılması barədə əldə edilmiş razılığa baxmayaraq, bu istiqamətdə də konkret nəticə əldə olunmadı. Mütəxəssislər tərəfindən siyasi cəhətdən çevik və praqmatik siyasətçi kimi xarakterizə olunmasına baxmayaraq, Ş.Abenin bu istiqamətdə cəhdləri tamamlanmamış qaldı.

Sabiq Baş Nazirin hakimiyyəti dövründə Yaponiya yalnız Rusiya ilə deyil, eyni zamanda, Çin (Senkaku adaları) və Cənubi Koreya (Takeşima adaları) ilə də ərazi mübahisələrinə görə gərginlik yaşayıb. Çin ilə dövlət başçılarının qarşılıqlı səfərləri nəticəsində münasibətləri yaxşılaşdırmaq istiqamətində cəhdlər müəyyən irəliləyişə səbəb olsa da, təəssüf ki, Çin Sədrinin Yaponiyaya nəzərdə tutulan dövlət səfərinin koronavirus pandemiyası ilə əlaqədar təxirə salınması bu prosesi də yarımçıq qoydu.

Çindən fərqli olaraq, Cənubi Koreya ilə müttəfiqlik münasibətlərinə malik Yaponiya arasında əlaqələr yalnız ərazi mübahisəsinə görə deyil, həm də İkinci Dünya müharibəsi vaxtı məcburi əməklə bağlı koreyalılar tərəfindən irəli sürülən kompensasiya tələblərinə görə gərgin olaraq qalmaqda davam edir. Məsələnin həlli ilə bağlı Cənubi Koreyanın Dünya Əmək Təşkilatının komissiyasına müraciəti münasibətləri daha da kəskinləşdirib.

Yaponiya dünyanın istənilən praqmatik ölkəsi kimi, ilk növbədə, milli maraqlara əsaslanan bir dövlətdir.

Ş.Abe hökumətinin iqtisadi sahədə həyata keçirdiyi və cəmiyyətdə “abenomika” kimi tanınan siyasətinin də hansı nəticələrə gətirib çıxaracağı hələlik məlum deyil. Ölkə iqtisadiyyatını canlandırmaq məqsədilə istehlak vergisini 8 faizdən 10 faizədək qaldırmaq barədə hökumətin qəbul etdiyi qərar dövlət büdcəsinin artımına təkan versə də, əhali tərəfindən birmənalı qarşılanmayıb.

Bununla yanaşı, bütün dünyanı ağuşuna alan koronavirus pandemiyası dövründə Ş.Abe hökumətinin həyata keçirdiyi siyasət də cəmiyyət tərəfindən tənqidə məruz qalıb. Mütəxəssislər hökuməti pandemiya ilə mübarizədə ləng tərpənməkdə, bunun üçün lazım olan tibbi ləvazimatın və avadanlığın istehsalının təşkilində yaranmış problemlərə görə kəskin tənqid edirlər. Eyni zamanda, pandemiya dövründə iqtisadiyyatın çökməsinin, iş yerlərinin bağlanmasının qarşısının alınması, kiçik və orta sahibkarlığa dəyən zərərlə bağlı subsidiyaların ayrılması istiqamətində hökumətin atdığı addımların kifayət etmədiyi də bildirilir.

Hökumətin bütün cəhdlərinə baxmayaraq, artıq on illərdir davam edən iqtisadi çökmənin qarşısını ala bilməməsi də Ş.Abe hakimiyyətinin əsas mənfi məqamlardan biri kimi qeyd edilir.

Ş.Abenin istefasının əsasında onun rəhbərlik etdiyi LDP-dən gətirilən kadrların yol verdiyi səhvlərin də mühüm rol oynadığı bildirilir. Müxalif partiyaların tələbləri nəticəsində LDP-dən seçilmiş həmin deputatların seçkilər zamanı etdikləri səhvlər, korrupsiya faktlarına görə tutduqları vəzifələrdən istefa vermələri, hətta bəzilərinin prokurorluq orqanları tərəfindən həbsi hökumətin reytinqinə təsir göstərən məqamlardandır.

Lakin qeyd etdiyimiz bütün bu məqamlara baxmayaraq, Şinzo Abenin Yaponiyanın Baş Naziri vəzifəsini tərk etməsi həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük təəssüf hissi ilə qarşılanır. Sadə yaponlar həmişə onu daha yaxşı namizədin olmadığı üçün yüksək qiymətləndirdiklərini deyirlər. Xarici nümayəndələr isə onun çevik və praqmatik siyasətçi, bacarıqlı strateq olduğunu vurğulayırlar.

Şinzo Abe 2006-cı ildə ilk dəfə Baş Nazir seçilərkən Yaponiya tarixində ən gənc hökumət başçısı olub. İkinci dəfə - istefa verdikdən beş il sonra hakimiyyətə qayıdan siyasətçi ölkə tarixində ən uzun müddət hökumətə rəhbərlik edib və Baş Nazir vəzifəsindən könüllü şəkildə istefa verib. Yeri gəlmişkən qeyd edək ki, bu, müxtəlif qrupların və fraksiyaların balansı üzərində qurulan yapon siyasi sistemində heç də asan məsələ deyil.

Şinzo Abe Yaponiyanın ən məşhur siyasətçilər ailəsinin üzvüdür. Onun babası və əmisi Yaponiyanın Baş nazirləri olublar, atası uzun müddət Xarici İşlər Nazirliyinə rəhbərlik edib və hökumət başçısı vəzifəsini tutmaq imkanı olub. Həm atasını, həm də babalarını ötən Şinzo Abe yəqin ki, Yaponiya tarixində həmişə hörmətlə anılan Baş nazirlərdən biri olacaq.

Bəs, hakim partiyada Şinzo Abeni kim əvəz edəcək və onun başladığı siyasət davam edəcəkmi?

Hazırda bu sual Yaponiya ictimaiyyətini çox düşündürür və cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Yaponiya KİV-lərinin yaydığı məlumatlara görə, yeni liderin seçkiləri ilə əlaqədar səsvermənin qaydaları barədə qərar LDP-nin baş şurasının sentyabrın 1-də keçiriləcək iclasında qəbul ediləcək.

LDP-nin yeni lideri uğrunda mübarizəyə partiyanın siyasi şurasının sədri Fumio Kişidanın, keçmiş baş katib İşiba Siqerunun, sabiq Daxili İşlər naziri Noda Seykonun, Müdafiə naziri Taro Konunun qoşulacaqları gözlənilir.

Bununla yanaşı, LDP-nin bəzi üzvləri Ş.Abenin həyata keçirdiyi siyasətdə varisliyi təmin etmək üçün Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqanın namizədliyinin irəli sürülməsini təklif edirlər.

Əlavə olaraq qeyd edək ki, LDP liderinin seçkilərində, adətən partiyadan olan deputatlar və bütün ölkə üzrə onların sayı qədər üzvlər səs verirlər. Fövqəladə hallarda bu seçkilər deputatların və prefektura rəhbərlərinin nümayəndələrinin iştirakı ilə keçirilə bilər.

LDP-nin bəzi üzvləri Ş.Abenin gözlənilməz istefasını əsas gətirərək, seçkilərin son variant üzrə sentyabrın ortalarında keçirilməsini və bununla da yarana biləcək siyasi boşluğun qarşısını almağı təklif edirlər.

Göründüyü kimi, hakim LDP Ş.Abedən sonra hakimiyyətdə varislik məsələsinə xüsusi diqqətlə yanaşır və bu, sabiq Baş Nazirin siyasi xəttinin yeni rəhbərlik tərəfindən davam etdiriləcəyini deməyə ciddi əsas verir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin və ÜST ənənəvi tibb üzrə Ümumdünya Konfransı keçirəcək

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək - FƏRMAN

“AzerGold”un sədri: Filizçay layihəsinin 2031-2032-ci illərdə reallaşdırılması gözlənilir

Baş nazir: Azad edilmiş ərazilərdə hazırda 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır

Gürcüstan parlament nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

“AzerGold” Dövlət Proqramı çərçivəsində 4 strateji layihə həyata keçirəcək

Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək

Əli Əsədov: Növbəti ildə orta illik inflyasiyanın 5,3 faizə düşəcəyi proqnozlaşdırılır

2027-ci ildə Ümumi Daxili Məhsulun qeyri-neft sektoru üzrə 4,4 faizlik real artım tempi proqnozlaşdırılır

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Rumıniyada elektrik enerjisinin qiyməti Avropada ən yüksək göstəricilərdən birinə çatıb

Baş nazir: Ölkəmizin strateji valyuta ehtiyatları təxminən 91 milyard dollar təşkil edir

Zakir İbrahimov: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üçün genişmiqyaslı işlər aparır

“Mingəçevir Reqatası-2026”da Azərbaycanı təmsil edəcək avarçəkənlər bəlli olub

Çimərlik güləşi millisinin Dünya Seriyasının final mərhələsi üçün heyəti açıqlanıb

Əli Əsədov: Böyük Qayıdışa dair II Dövlət Proqramının təsdiqi gözlənilir

“AzerGold” qarşıdakı mərhələdə yeni yataqların iqtisadi dövriyyəyə cəlb edilməsini prioritet hesab edir

Daxili işlər naziri xarici dövlətlərin Polis akademiyalarına ezam olunan polis kursantları ilə görüşüb

Səudiyyə Ərəbistanı və Misir dəniz nəqliyyatı üzrə əməkdaşlığı gücləndirir

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazaxıstanda hərbçilərin həlak olmasının səbəblərinin araşdırılması üçün hökumət komissiyası yaradılıb

Xüsusi icra məmuru fəaliyyəti ilə bağlı müsabiqənin müsahibə mərhələsində uğur qazanmış namizədlər ilkin icbari hazırlığa cəlb olunacaqlar

Türk ekspert: Ermənistanın Azərbaycana qarşı təcavüzü iki suveren dövlət arasında beynəlxalq xarakterli münaqişəyə çevrilmişdi

Şəhid ailələri və müharibə iştirakçıları dövlətin daim diqqət və qayğısı ilə əhatə olunub – BMU-da görüş

ANAMA: Azərbaycanda minatəmizləmə müasir texnologiyalar əsasında həyata keçirilir

Formula 1: İkinci sərbəst yürüşdə qəza baş verib

® “Expressbank” sahibkarlara 100 000 manatadək mikro kredit təklif edir

Növbəti iki gün hava necə olacaq?

O.M.Muradovun Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Böyük Britaniyada çalışan azərbaycanlı həkim: Gələcəkdə Xankəndidə fəaliyyət göstərmək istəyirəm - MÜSAHİBƏ

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdud olacaq

® “Bakcell”də hədiyyə mövsümü başladı

Moskvada bir neçə ali məktəbdə tələbələr təxliyə edilib

“AzərEnerji” vaxtilə təmas xətti olan ərazilərdə 3000-ə yaxın ağac əkib

Orta Dəhlizlə 2029-cu ildə 300 min konteyner daşınması planlaşdırılır

Formula 1 Azərbaycan Qran-Prisində ikinci sərbəst yürüş başlayıb

“Toxumçuluq haqqında” Qanun ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə töhfə verəcək

Paytaxtın Şıxəli Qurbanov küçəsində xüsusi hərəkət zolağı təşkil edilib VİDEO

Paytaxtın Şıxəli Qurbanov küçəsində xüsusi hərəkət zolağı təşkil edilib VİDEO

Qazaxda açıq ərazidə baş verən yanğın söndürülüb VİDEO

Qazaxda açıq ərazidə baş verən yanğın söndürülüb VİDEO

AzTU-da tədbir: ermənilərin Qərbi Azərbaycanda törətdiyi etnik təmizləmə siyasəti pislənilib

“Birliyin Gücü – 2026” təlimində məşqlər uğurla davam edir VİDEO

“Birliyin Gücü – 2026” təlimində məşqlər uğurla davam edir VİDEO

Tamar İoseliani: Məqsədimiz Orta Dəhlizin vahid və inteqrasiya olunmuş sistem kimi fəaliyyətini təmin etməkdir

Məktəbə adaptasiya, akademik yük və telefon qadağası - təhsil ekspertinin şərhi

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının sənaye nazirlərinin 4-cü iclasında təmsil olunub

Adəm İbrahim: Süni intellektdən insanların işinin səmərəliliyini artırmaq üçün istifadə olunmalıdır – MÜSAHİBƏ

Metal filizlərinin hasilatı üzrə istehsalın dəyəri 42 faizdən çox artıb – QRAFİK

Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır

Tarix Muzeyində qiymətli mənbə: “Dərbəndnamə”nin nadir nəşri

Yeni reallıqda ölkəmizin siyasi manevr imkanları daha da genişlənib - ŞƏRH

Professor: İşğal dövründə Bəsitçay çinar meşələrinə ciddi ziyan vurulub

Oman nümayəndə heyəti “ASAN xidmət”də olub

Ağcabədidə çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Qazaxıstanda regional və yerli şuralara növbədənkənar seçkilər keçiriləcək VİDEO

Qazaxıstanda regional və yerli şuralara növbədənkənar seçkilər keçiriləcək VİDEO

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb VİDEO

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb VİDEO

Yeni Robotik Reabilitasiya Mərkəzində icbari tibbi sığorta çərçivəsində 15 mindən çox xidmət göstərilib

İsraildə yaşayan azərbaycanəsilli gənclər Anım Gününə toplaşıb

Formula 2 Azərbaycan Qran-Prisində ikinci sıralama turu başa çatıb - YENİLƏNİB 2

Famil Rüstəmov: Regionlarda məşğulluğun genişlənməsi aqrar iqtisadiyyatın dayanıqlığını artırır

“№1”, “Kəhrəba”, “Nabat” əmtəə nişanlı qənd məhsullarında uyğunsuzluq aşkarlanıb

Özbəkistanın ali təhsil müəssisəsinin professor-müəllim heyəti AzTU-da təcrübə keçəcək

Almaniyada peşəkar kişi futbol komandasına rəhbərlik edən ilk qadın baş məşqçi istefaya göndərilib

Azərbaycanın müdafiə naziri Qazaxıstan tərəfinə başsağlığı verib

“Filtrsiz” podkastının ilk qonağı Əməkdar həkim Nadir İsmayılov olub VİDEO

“Filtrsiz” podkastının ilk qonağı Əməkdar həkim Nadir İsmayılov olub VİDEO

Azərbaycanın sosial müdafiə sahəsində rəqəmsal transformasiya təcrübəsi təqdim olunub

Səyyarə İbadullayeva: İşğal dövründə Qarabağın meşə və bitki örtüyünə ciddi ziyan vurulub

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin balansındakı mühafizə olunan duracaqlara nəqliyyat vasitəsinin gətirilməsi və orada saxlanılması üçün haqqın məbləği”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı

Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib

Qazaxıstanda hərbçilərin təlim zamanı həlak olmaları ilə bağlı cinayət işi açılıb

Azərbaycanın deflimpiyaçı atıcısı Avropa çempionatında tarixi nəticə qazanıb

İqtisadçı-alim: Aqrar sahənin inkişafı regionlarda infrastruktur imkanlarının genişləndirilməsi ilə bağlıdır

Qarabağ Zəfəri Azərbaycanın dövlət suverenliyinin praktiki məzmununu gücləndirdi - ŞƏRH

“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ VİDEO

“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ VİDEO

Azərbaycanı dünya çempionatında 6 paracüdoçu təmsil edəcək

Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb

Sərdar Fərəcov: Üzeyir Hacıbəyli Azərbaycan professional musiqisinin təməlini formalaşdırıb

Ukrayna Prezidenti Nyu-Yorkda NATO-nun Baş katibi ilə görüşüb

Azərbaycanın enerji strategiyası: geosiyasi reallıqlar və yeni enerji düşüncəsi

Hörmüzün ardınca Bab əl-Məndəb boğazının da təhlükəli vəziyyətə salınması neftin qiymətinin artmasına təkan verir

ADY rəhbərliyi Almaniya və Türkiyə dəmir yolu şirkətlərinin nümayəndələri ilə müzakirələr aparıb

Şotlandiyada insan alveri və narkotik istehsalı ilə məşğul olan mütəşəkkil dəstənin üzvləri saxlanılıb

Qazaxıstanlı ekspert: 2026-cı ildə Orta Dəhliz formalaşma mərhələsindən miqyasın genişlənməsi dövrünə keçid edir

Toxum və əkin materiallarında aşkarlanan uyğunsuzluqlarla bağlı xarici ölkələrə göndərilən bildirişlərin sayı açıqlanıb

Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək

Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Azərbaycanla Gürcüstan arasında gənclər və idman sahəsində əməkdaşlıq genişləndirilir

Azərbaycanın boks millisi Avropa çempionatında rekorda imza atıb

Formula 1: “Mercedes” pilotu sərbəst yürüşdə finişə birinci çatıb - YENİLƏNİB

Hazırda Aqrar Sığorta Fondunda 41 adda bitkinin sığortalanması prosesi aparılır

Koreya Respublikası 2035-ci ilədək Yaxın Şərq mənşəli neft idxalının payını 50 faizə endirəcək

Bakıda “Boeing 787 Dreamliner” uçuş simulyatoru təqdim edilib VİDEO

Bakıda “Boeing 787 Dreamliner” uçuş simulyatoru təqdim edilib VİDEO

Göyçayda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar VİDEO

Göyçayda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar VİDEO

Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib

Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçib

Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb

Azərbaycan və Makedoniya arasında idman sahəsində əməkdaşlığa dair memorandum imzalanıb

ABŞ-nin neft ehtiyatları artır

Dağ-mədən sənayesi üzrə fəaliyyətin genişləndirilməsi bölgələrdə yeni istehsal və məşğulluq imkanları yaradacaq - RƏY

Dağ-mədən və metallurgiya sənayesi Azərbaycanın yeni sənaye ekosisteminin formalaşmasına xidmət edəcək - ŞƏRH

Formula 1: “Mercedes” pilotunun idarə etdiyi boliddə problem aşkarlanıb