Yaponiyanın Liberal Demokratik Partiyası koronavirus pandemiyasına görə qurultayını təxirə salıb
Tokio, 7 iyul, AZƏRTAC
Yaponiyanın hakim Liberal Demokratik Partiyası (LDP) koronavirus pandemiyasına görə cari ilə planlaşdırılan qurultayını təxirə salıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi LDP-nin rəhbərliyindəki mənbələrə istinadla məlumat yayıb. Bildirilir ki, bu barədə müvafiq qərar LDP-nin inzibati şurası tərəfindən yaxın günlərdə qəbul olunacaq.
Partiyanın Nizamnaməsinə əsasən, qurultay ildə bir dəfə keçirilməlidir. Onun təxirə salınması demək olar ki, görünməmiş hadisə hesab edilir.
Qeyd edək ki, cari ildə LDP-nin qurultayının təşkili əvvəlcə martın 8-nə planlaşdırılmışdı. Lakin koronavirus pandemiyasına görə həmin tarix təxirə salınıb. Bunun əvəzində hakim partiyadan olan deputatların ümumi yığıncağı keçirilib və LDP-nin 2020-ci il üzrə siyasi kursu təsdiq olunub. Qurultayın tarixinin sentyabra dəyişdirilməsinə baxmayaraq, son günlər Tokioda müşahidə edilən koronavirusa yoluxma halları artdığına görə LDP rəhbərliyi bu ideyadan da imtina etmək qərarına gəlib.
Son məlumatlara görə Yaponiyada koronavirusa yoluxanların ümumi sayı 20 min 700 nəfəri ötüb. Onlardan 17 min 700-nün sağaldığı, 990-dan çoxunun isə həyatını itirdiyi bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]
Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır
- 13.06.2026 [11:37]
ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb
- 13.06.2026 [08:50]
ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır
- 13.06.2026 [07:44]
Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]