YAPONLAR DÜNYADA ƏN SÜRƏTLİ KOMPYUTER YARATMIŞLAR
“Riken”in nümayəndələri bildirmişlər ki, superkompyuter bioloji tədqiqatlar, o cümlədən zülalın öyrənilməsi, xəstəliklərin səbəblərinin molekul və atom səviyyəsində analizi və səmərəli dərman preparatlarının hazırlanması üçün nəzərdə tutulmuşdur. Kompyuter Tokionun yaxınlığındakı İokoqama şəhərinin elmi tədqiqat institutlarından birində quraşdırılmışdır və təxminən 60-80 kvadratmetr sahəni tutur. MDGRAPE-3-ün gücü indiyədək ən sürətli kompyuter sayılan ABŞ-ın Ay-Bi-Em korporasiyasının “BlüCin/L” kompyuterinin gücündən, demək olar, üç dəfə çoxdur. “BlüCin/L” saniyədə “cəmi” 360 trilyon əməliyyat apara bilir.
“Riken”in mütəxəssisləri əmindirlər ki, onların nailiyyəti son hədd deyil və səylərini Yaponiya hökumətinin qarşıya qoyduğu vəzifənin yerinə yetirilməsinə - 2010-cu ilədək indiki rekordçudan 10 dəfə sürətli, yəni saniyədə 10 kvadrilyon əməliyyat apara biləcək superkompyuter yaratmağa yönəltmişlər.