YARADICI VƏ ELMİ ZİYALILARIN III FORUMU BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, sentyabrın 19-da MDB yaradıcı və elmi ziyalılarının Düşənbədə keçirilən III forumu başa çatmışdır. Forumun yekunlarına dair qətnamə qəbul edilmişdir.
2006-cı ildə Moskvada və 2007-ci ildə Astanada keçirilmiş forumlarda oduğu kimi, bu dəfə də Birlik ölkələrinin humanitar əməkdaşlığına dair mövzular ətrafında dialoq davam etdirilmişdir.
Foruma mədəni, elmi dairələrin, təhsil sahəsinin gənclər təşkilatlarının nümayəndələri, MDB KİV-lərinin təmsilçiləri, Humanitar Əməkdaşlıq Şurasının və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun üzvləri dəvət olunmuşdular.
Təntənəli açılış mərasimində Tacikistan Prezidenti Emomali Rəhmona Parlamentlərarası Assambleyanın və “Mir” DTRŞ-nin təsis etdiyi “Dostluq şəcərəsi” qızıl medalı təqdim olunmuşdur. Açılış mərasimindən sonra forumun işi plenar iclaslarda və yeddi profil palatalarında davam etdirilmişdir. İştirakçılar “Təhsil və elm”, “Birlik ölkələri gənclərinə dəstək”, “Mədəni irs (arxivlər, kitabxanalar, muzeylər)”, “Ədəbiyyat və kitab nəşri”, “Teatr, kino, musiqi, sirk sənəti”, “Təsviri incəsənət, memarlıq, dizayn”, “Kütləvi informasiya vasitələri” mövzularında müzakirələr aparmışlar.
Forum çərçivəsində ustad dərsləri keçirilmiş, Tacikistan klassik musiqi ifaçılarının konserti olmuş, Tacikistan və MDB ölkələri rəssamları, memarları və dizaynelərinin sərgisi keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:17]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:04]
Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]