Yardımlıda hər yüz ailəyə 29 minik avtomobili düşür
Yardımlı, 1 aprel, Bağır Əliyev, AZƏRTAC
Dağlar qoynunda yerləşən Yardımlıda avtonəqliyyat vasitələrinə texniki baxışın nəticələri haqqında son məlumata əsasən, rayonda cəmi 3109 ədəd avtomobil mövcuddur. Onlardan 1586 ədədi texniki baxışa cəlb edilib və saz vəziyyətdədir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Yardımlı Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayev məlumat verib.
O bildirib ki, rayonda qeydiyyatda olan avtomobillərin 2619 ədədi minik, 405 ədədi yük, 31 ədədi avtobus, 21 ədədi xüsusi təyinatlı, 33 ədədi isə digər növ avtonəqliyyat vasitələridir.
Rayonda hər yüz ailəyə 29 minik avtomobili düşür. Minik avtomobillərinin 1842 ədədi MDB ölkələrinin istehsalı olan avtomobillərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [11:45]
Ağdaşda xurma bağlarını sığortalamaq neçəyə başa gəlir? – Şərtlər, məbləğlər
- 13.10.2026 [20:34]
Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib
- 13.10.2026 [19:57]
Məktəbli geyimi, sadəcə bir forma deyil…
- 13.10.2026 [19:45]
Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO
- 13.10.2026 [19:41]
Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO
- 13.10.2026 [16:47]
Ucarda narkotik vasitələrdən istifadənin yaratdığı fəsadlardan danışılıb
- 13.10.2026 [16:21]