YARMARKALAR... MƏHSULLAR... QİYMƏTLƏR
BAKI SAKİNLƏRİNİN ƏKSƏRİYYƏTİ BELƏ HESAB EDİR Kİ, YARMARKALARIN KEÇİRİLMƏSİ İLƏ BAZARLARDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ QİYMƏTİ UCUZLAŞMIŞDIR
Rəyi soruşulanların 73,1 faizi bu fikirdədir ki, yarmarkaların keçirilməsi ilə bazarlarda kənd təsərrüfatı məhsullarının qiyməti “nəzərəçarpacaq dərəcədə” və “nisbətən” ucuzlaşmışdır. Respondent alıcıların 92 faizi Bakıda yarmarkaların təşkilini “çox vacib”, 87,5 faizi isə “vacib” tədbir sayır. Respondent satıcıların 92,5 faizi məhsullarını yarmarkada satmağı sərfəli hesab edir. Sorğunun gedişində məlum olmuşdur ki, satıcıların 60 faizi satışa öz təsərrüfatında becərdiyi, 40 faizi isə rayonların bazarlarından aldığı məhsulu çıxarır.
Yarmarkaların təşkili səviyyəsi barədə satıcı və alıcıların rəyi müxtəlifdir. Belə ki, respondent alıcıların 97,5 faizinə görə, bu, “çox” və “qismən” qənaətbəxşdir.
Sosial sorğu Bakı şəhərində 82 respondent alıcı və 40 respondent satıcı arasında keçirilmişdir.
Sorğunun nəticələrinə görə, ən baha qiymətlər “Təzə bazar”da, ən ucuzu isə 3-cü mikrorayon bazarındadır.