YAŞA GÖRƏ ƏMƏK PENSİYASININ BAZA HİSSƏSİNİN ARTIRILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi ilə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə uyğun olaraq qərara alıram:
1. Yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2007-ci il yanvarın 1-dən 40 manat müəyyən edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 dekabr 2006-cı il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [12:31]
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub YENİLƏNİB
- 12.10.2026 [10:10]
Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub VİDEO
- 10.10.2026 [13:52]