YASAMAL RAYON GƏNCLƏRİNİN TOPLANTISI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 19-da Azərbaycan gənclərinin V Forumu ərəfəsində Azərbaycan Texniki Universitetində Yasamal rayon gənclərinin toplantısı keçirilmişdir.
Yasamal Rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov Gənclərin IV Forumundan ötən müddətdə görülən işlər barədə hesabat vermişdir.
Natiq gənclərin intellektual səviyyəsinin artırılması, vətənpərvərlik ruhunda tərbiyəsi, məşğulluğunun təmin edilməsi, narkomaniya və digər zərərli vərdişlərdən uzaqlaşdırılması sahəsində maarifləndirilməsi və sair istiqamətlərdə görülən işlərdən danışmışdır.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev və başqaları ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətindən söz açmışlar.
Tədbirdə mövcud problemlər və qarşıda duran vəzifələr müzakirə edilmişdir.
Sonda Gənclərin V Forumuna nümayəndələr seçilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:06]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]