YASAMAL RAYONUNDA QURBAN BAYRAMI MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLMİŞDİR
Yasamal rayonunda müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirilmişdir.
Yasamal Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, rayonun daxili imkanları, idarə və müəssisələrin vəsaiti hesabına 2 min 500 ailəyə, o cümlədən şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə, qaçqınlara və məcburi köçkünlərə, Böyük Vətən müharibəsi veteranlarına, tənha və kimsəsizlərə qurban əti paylanmışdır.